Zəlzələnin İtaliyaya vurduğu zərərlər …

İtalyanın  Emilia  Bölgesinde  meydana  gelen  5,8 həcmindəki  zəlzələnin  izleri gün geçtikçe  daha da   dərinleşir. Zəlzələ baş   verən  bölgədə yer alan  bəzı  fabrik  və  müəsiələr ciddi  şəkildə  zərər görməsilə  yanaşı, məşhur  automobil markası Ferrari  ve  motosiklet   istehsalçısı  Ducati de  malların  istehsalına  ara vermek məcburiyyətində  qaldı.

Zəlzələdən 12 saat sonra Sky TG24 kanalının etdiyi şərhdə, Cavezzoda bir binanın  altından  65 yaşındakı bir qadının sağ çıxarıldığı, sonra da xəstəxanaya qaldırıldığı ifadə olundu. Oxumağa davam et

Advertisements

Maraqlı xəbər .

Bir sığorta şəhadətnaməsi üzrə maksimal sığorta məbləği 55 min manatdır

Azərbaycanda icbari sığorta haqlarının tarifləri açıqlanıb. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, “İcbari sığortalılar haqqında” yeni qanunda avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası sahəsində bir sıra mühüm dəyişikliklər var. Yeni qanuna görə, sığorta məbləğləri həyat və sağlamlığa dəyən zərərə görə 50 min manat, əmlaka dəyən zərərə görə isə 5 min manatdır. Beləliklə, bir sığorta şahadətnaməsi üzrə maksimal sığorta məbləği 55 min manata başa gəlir. Qanun sığorta ödənişlərinin verilməsini maksimum sadələşdirməyə, bu sahədə sığortalıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının gücləndirilməsinə yönəlib. Qanuna görə sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər halda zərərin əvəzini alacaqlar. Lakin bəzi hallarda-təqsirkar sürücü sərxoş Oxumağa davam et

Yanğından icbari sığorta .

Son  zamanlar   ölkəmizdə  yanğın  hadisələri  demək  olar  ki , çox  sıx  hallarda  baş  verir. Təbiiki,  bu   bizim   üçün   çox  üzücü   bir  haldır. Mən  düşünürəmki ,  bir   çox  sığorta  növlərinə   qarşı   olan   laqeyidlik  mənzillərin  yanğından  icbari və  könüllü   sığorta   növlərindədə   öz   əksini   tapmışdır .

Demək    olarki ,  biz    hər  gün  televiziya  kanallarında  ,qezet    və  jurnallarda ,   bir  çox   saytlarda     qısaqapanma   nəticəsində    baş  vermiş  yanğın  hadisələrinin   şahidi   oluruq.  Təsəvvür  etmək  o qədərdə  çətin  deyildirki  bu  halda  əmlak  sahibi  həm  maddi , həm  də  mənəvi    cəhətdən   ziyana  uğrayır. Oxumağa davam et

Təbriklər …))

31 Dekabr Dünya Azərbaycanlılarının birlik şüarının   simvolik   günü   olan    Həmrəylik  günü  və  yeni  il  münasibətilə  təbrik  edirəm .

 Yeni ilin hər bir günü həmrəy olmağı arzulayır, və  təbiiki  bir sığortaçı  olaraq  sizlərə  qəzasız , bəlasız , sağlam   gözəl  il  keçirməyi  diləyirəm.

Bu  il  hər  kəsin  ruzisi   bol,  cibi  dolu  olsun. Sizlərə  hər   zaman  ehtiyatlı  olmağı   və  təbiiki  ilk  öncə  öz  həyatınızı  təhlükəyə  atmamaq  üçün  diqqetli  olmağı   diləyirəm . 🙂

«İCBARİ SIĞORTALAR HAQQINDA» Azərbaycan Respublikasının Qanununun icrasına başlanılmışdır.

İcbari sığortalar haqqında”  Azərbaycan Respublikasının Qanununu Milli Məclis 2011-ci il iyulun 24-də təsdiqləyib. Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləyir. Yeni qanun qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyənləşdirir. Oxumağa davam et

Beynəlxalq Sığorta Şirkəti Rusiyanın «Voennaya Straxovaya Kompaniya»sı ilə əməkdaşlığa başlayır

Rusiyanın «Voennaya Straxovaya Kompaniya» şirkətinin baş direktorunun müavini, könüllü tibbi sığorta mərkəzinin rəhbəri Andrey Abramov Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) dəvəti ilə Bakıda səfərdədir.

Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ekspert BSŞ-nin xidmətlərinin təkmilləşdirilməsi məqsədi ilə şirkətin İddialar Departamentinin işi ilə tanış olaraq, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və biznes proseslərinin optimallaşdırılması istiqamətində tövsiyələr verəcək. Oxumağa davam et

Barak Obamanın timsah hücumuna qarşı sığortalanması …..

Avstraliyalılar   dörd   gözlə   Amerika   Birləşmiş   Ştatları   prezidenti  olam   Barak Obamanı    gözləyir. Bu  ziyarəti  fürsət  bilən  və  özlərini  reklam   etmək   istəyənlər   də   boş  dayanmır. Yerli  bir   sığorta  şirkəti, dünyanın  ən   yaxşı  qorunan şəxslərindən  olan   Amerika   Prezidentini   sigortaladı. Nə olar    nə   olmaz   deyil mi ? Bəlkə   də Obamaya   birdən  bir   timsah  hücum  etmiş  olar . Yerli   ” Tio ” şirkəti,   iki   günlük    səfəri   çərçivəsində  Avstraliyanın  paytaxtı  Canberra və Şimali Vilayətinin  mərkəzi   Darvinə    gedəcək   olan  Obamaya 50 min    Avstraliya   dolları    dəyərində “Timsah Hücumuna  Qarşı ”  sığrtaladı…

Onu  da  qeyd  etmək  lazımdırki   Avstraliyada   ildə   orta  hesablamalara   görə   2 insan ,  boyu 7   metrə   çatan  və   1  tondan   ağır   olan   timsahların hücumu   nəticəsində   həyatını    itirir.

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39 milyon manatı ötüb

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb.

Gün.Az-ın Əmanətlərin Sığortalanması Fonduna istinadən verdiyi xəbərə görə, təqvim haqları 1 308 min AZN, 1 453 min ABŞ dolları, 193 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür.

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39,3  mln. AZN təşkil edir. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 3 539 mln. AZN, Oxumağa davam et

Su nəqliyyatı vasitələrinin sığortası…

Bildiyimiz  kimi  Respublikamızda  da  digər  dünya  ölkələrində  olduğu  kimi  Su  nəqliyyat  vasitələri  özünə  məxsus  mühim  mövqeyə  malikdir.

Su nəqliyyatı demək  olarki   , ən ucuz nəqliyyat növlərindən  sayılır və  Respublikamızın  iqtisadiyyatının  genişlənməsinə də  bilavastə  təsir  göstərir..

Müxtəlif yük və sərnişin gəmiləri, o cümlədən gəmilər, yaxta və katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran – gəmi), dəniz motosikletləri “dəniz, göl və çaylarda hərəkət edə bilən gəmi və ya digər su nəqliyyat vasitələri” hesab edilirlər. Mən  isə  sizə  Su  Nəqliyyatı  vasitələrin  sığortası  haqqında  danışmaq  istərdim. Oxumağa davam et

Sığortanın Əhəmiyyəti….

Bugünə  qədər  müxtəlif  mövzularda   sığortanın   həyatımız  üçün   nə  qədər  əhəmiyyətli  olması  məsələsinə   dəfələrlə  toxunmuşuq…. Amma  bugun  tam  fərli  tərzdə  Sığortanın   vacibliyini  bir  neçə  fazalara   bölməklə  nəzərinizə  çatdırıram…. Oxumağa davam et

Avtomobil sığortası

Avtomobil almağı planlaşdırarkən biz ona sahib olaraq istismar edilməsilə əlaqədar olan riskləri minimuma endirmək barədə düşünürük, çünki avtomobil yüksək təhlükəli vasitə olmaqla bərabər, bahalı əmlakdır. Dünya praktikası sübut edir ki, avtomobillərin sığortası maddi və mənəvi ziyanın azaldılmasının ən optimal həllidir. Odurki,  minlərlə  pul  verib ,nəğd alacağınız avtomobilinizi  seçərkən  göstərdiyiniz  əhəmmiyyəti  kasko  sığortası  etdirəcəyiniz  sığorta  şirkətini   seçərkən də  göstərin. Avtomobilinizi  Kasko  etdirərkən  əsasən   əvvəlcə  qiymətə  deyil , ziyanı  ən  tez  və  əksiksiz  ödəyən  firmaları  seçin. Oxumağa davam et

Aviasiya sığortası haqqında..

Aviasiya sığortası hava nәqliyyatı ilә bağlı olan sığorta xidmәtidir. Bura öhdәçiliyin sığortası, tәyyarә sәrnişinlәrinin bәdbәxt hadisәdәn sığortası, yaxud tәyyarәnin vә ya tәyyarә daxilindәki avadanlığın sığortası aid ola bilәr ..

Hava gəmilərinin  əsas sığorta  etdirən   şəxslərinə  hava  gəmilərinin  Oxumağa davam et

Sığorta sirketlərine gələn ərizə nümunələri (hamısı gerçəkdir)…

– Spirtli vasitə istifadə edərkən qəza etdiyi üçün sığortadan pul ala bilməyən bir adam yazır: “Qanımda

210 milliqram spirt tapdılar və buna görə pul vermirsiniz İnsaf edin Soruşuram sizdən; insanın 8

litr qanında bu qadarcık spirt olsa, çox mu? ” 🙂

Təmkinli və irəli fikirli bir adamın məktubu: “Maşınımı bir neçə gün üçün dostuma borc

verəcəyəm.. Ancaq dostum çox  bacarıqsızdır, hər şeyi dağıdıb  tökür . Böyük bir ehtimalla qəza edəcəkdir . Əgər  belə  olsa

mənə ödəmə edərsinizmi? ” 🙂 Oxumağa davam et

Yaponiyada sığorta şirketlerinin ödenişleri 35 mlrd. dollara çata biler

Yaponiyada baş veren dehşetli zelzelenin ölkenin sığorta şirketlerine vurduğu zerer 34,6 mlrd. dollara çata biler. Bu mebleğe sunaminin töretdiyi dağıntılardan zerer daxil deyil.
Hazırda ekspertler Yaponiya tarixinin en güclü zelzelesinin vurduğu zereri hesablamaqla meşğuldurlar. Risklerin tehlili ile meşğul olan “AIR Worldwide” teşkilatının (ABŞ) yeraltı tekanların sığorta şirketlerine vurduğu zereri 34,6 mlrd. dollar hecminde qiymetlendirib. O cümleden dağılmış özel binalara göre ödenişler 14,5 mlrd. dollar teşkil edecek. İlkin qiymetlendirme zamanı ictimai binalar, darmadağın olmuş infrastruktur, elektrik verilişi xetleri, kanalizasiya sistemleri, avtomobiller de daxil olmaqla daşınar emlak nezere alınmayıb.
Yaponiya hökumetinin melumatına göre, zelzele ve sunami neticesinde 5700 bina mehv olub, 46 min bina ciddi zerer görüb, 600 regionda yollar ve körpüler dağılıb. Tekce Tokioda 32 körpü ciddi ziyan görüb.


Mənzil sığortası

Bugün  sizlərə  hər  birimizi  maraqlandıran  bir  sığorta  növündən  bəhs  etmək  istərdim. Mövzumuz  Mənzil  sığortası  haqqındadı…….

Mənzil  sığortası  şübhəsizki, həyatımızda   təminat  altına  ala  biləcəyimiz   ailəmizi  və  evimizi  qoruma  altına alan  əhəmiyyətli  bir  sığorta  növüdür..

Mənzil  sığortası   evimizi  yanğından , oğurluqdan  ,  terrordan , qəzalardan  , uçqunlardan  qorumağı  özünə  məqsəd   bilən  bir sığortadı. Təbiiki, sabah  başımıza  nə gələcəyini  qətiyyən  heç  birimiz  bilə  bilmərik.Kiçik  bir  laqeyd  yanaşma  belə  bizi  və ailəmizi   istənilməyən  vəziyyətlərə   gətirb  çıxara , gözlənilməz  qəzalara  səbəb  ola bilər. Oxumağa davam et

Təbriklər …

Salamlar.  8 mart  Beynəlxalq  qadınlar  günü  münasıbəti  ilə  bütün  Azərbaycan xanımlarını təbrik  edirəm. Onlara həyatda her zaman gözəl , dayanıqlı, iddealı, dürüst  və  ən əsası  gözəl karyera sahibi olmalarını  arzu edirəm.

Bu slaydşou üçün JavaScript lazımdır.

Azərbaycan İpoteka Fondu bəzi sığorta xidmətləri üzrə müsabiqə elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondu (AİF) bəzi sığorta xidmətlərinin alınması üzrə müsabiqə elan edib. Bu barədə bazar ertəsi AİF-in rəsmi mətbuatda dərc olunan məlumatında deyilir.
Məlumata görə,  Azərbaycan İpoteka Fondu müsabiqə çərçivəsində fondun balansında olan avtomobil vasitələrinin sığortası, əməkdaşların könüllü tibbi sığortası, fondun inzibati binasının və bütün əmlakının sığortası üçün sığorta şirkətinin seçilməsini planlaşdırır.
Hər bir müsabiqə üzrə iştirakın dəyəri 50 manat təşkil edir. Sığorta şirkətlərindən ərizələr aprelin 4-dək qəbul olunacaq. Sığorta şirkətlərinin təkliflərinin qiymətləndirilməsi 5 aprel saat 15:00-da AİF-in inzibati binasında keçiriləcək.
Azərbaycan İpoteka Fondu   2005-ci ilin dekabr ayında yaradılıb. Cari ilin yanvar-fevral aylarında AİF xətti ilə 8,8 milyon manat məbləğində ipoteka krediti verilib. Bu gün 22 bank AİF-in müvəkkil bankıdır.

Işsizlik sığortası…

Işsiz qaldığınız  üçün  qorxuya  düşməyin.İşsizliyə  qarşı sığorta növüdə  movcuddur  bilirdinizmi?!Bu barədə  sizi məlumatlandırmaq  qərarına gəldim.Zənnimcə diqqətinizi cəlb edə bilər..

İşsizlik  sığortası – öz istək və qüsuru  xaricində işini itirənlərin uğradıqları  gəlir  itkilərini  qisməndə  olsa  qarşılayaraq özünün  və ailə fərdlərinin  çətin  vəziyyətə  düşməsinin  qarşısını  alaraq  sığortaçılıq  texnikası  ilə  fəaliyyət  götərən , dövlət  tərəfindən  qurulan  bir  sığorta  növüdür. Oxumağa davam et

Azərbaycanın sığorta-pensiya modeli örnəyə çevrilir

Keçid dövrü ölkələr Azərbaycanın sığorta-pensiya modelini öyrənmək niyyətindədir
Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələri Azərbaycanın sığorta-pensiya modelini öyrənmək məqsədilə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət ediblər.                           

Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin öyrənilməsi Dünya Bankı tərəfindən keçid dövrü ölkələrinə tövsiyə olunub. Bu tövsiyəyə uyğun olaraq Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycanın sığorta-pensiya modelinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri planlaşdırılır. Oxumağa davam et