“Forbes” jurnalı onların adlarını açıqlayıb

“Forbes” jurnalına istinadən xəbər verir ki, başa çatmaqda olan 2010-cu ilin ən bahalı bazarlığını Rusiyalı Roman Abramoviç edib. Jurnalın məlumatına görə, o, Sank- Peterburqda yeni Hollandiya adasını 400 milyon dollara satın alıb. Abramoviç adada XVIII əsrdən qalma anbarları bədii qalereyalar, butiklər, otel və restoranlara çevirməyi planlaşdırır. Forbes rusiyalının varidatını 11, 2 milyard dollar dəyərində qiymətləndirir.
Jurnalın tərtib etdiyi siyahının ikinci pilləsində xec-fondun başçısı Stiven Koyen qərarlaşıb. Məşhur rəsm kolleksiyasıçısı 2010-cu ildə müasir art-bazara 145,4 milyon dollar  xərcləməklə ad çıxarıb. Koyen, həmçinin, bu il hərraclarda satılan ən baha qiymətə incəsənət əsərlərini Casber Consonun “Bayraq” və “Koka-kola” butulkası əsərlərini alıb.
Bahalı alış-veriş siyahısında ilk Pakistan milyarderi Mian Mohammed Manşa üçüncü yerdə dayanır. O, Londonun eksklüziv St. James Hotel&Clubunu alıb. Otelin bir otağı ona 1,5 milyon dollara başa gəlib. Ümumilikdə, onun bazarlığı 95 milyon dollar təşkil edir.
Pulunu daşınmaz əmlaka qoyan dünyanın ən varlı adamı Karlos Slim Nyu-Yorkdakı beşinci avenyuda, “Metropoliten muzeyi ilə üzbəüzdə aldığı malikanə 44 milyon dollar dəyərindədir.
Neft qaz maqnatı Kelsi Uoren isə, Koloradoda ABŞ-ın ən böyük rançosunu 46,5 milyon dollara alıb.
Britaniyalı zərgar Lorens Qraff dünyanın ən bahalı brilyantlarını almaqda davam edib. Zərgərlik bazarında ilin ən bahalı bazarlığı onun hərracda aldığı çəhrayı brilyantdır. 25 karatlıq brilyant sahibinə 46 milyon dollara başa gəlib. İndi bu nadir brilyantın öz adı da var “Çəhrayı Qraff”.
Dünyanın ən varlı adamları istədiklərini almaqda xəsislik etməyiblər. Honk-Konqlu maqnat Cozef Lay  Çin dəyərlərində uzun ömürlülüyü simvolizə edən iki antik quş heykəlinə 16,7 milyon dollar xərcləyib. Cıdır vurğunu olan Dubay şeyxi Məhəmməd Bin Rəşid  əl Məktun London hərracında  1 yaşlı 24 elit ata 5,4 milyon dollar pul verib.
Bu siyahıda ən qeyri-adi bazarlığa isə, Makaodakı kazino sahibi  Stelli Xo imza atıb. O, 2 dombalan göbələyinə 330 min dollar pul xərcləyib. Ekspertlər qeyd edirlər ki,  həddən artıq böyük olan bu göbələklər mətbəx üçün yararlı deyillər. Heç Xo da ondan nə isə hazırlamaq fikrində olmayıb. “Bu göbələkləri nəyə görə almısan?” sualına o belə cavab verib:” Boynun ardını qaşımaq lazımdır”.
Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma