Sığorta haqqında qanunun tətbiqi nələri dəyişəcək?

Azərbaycanda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun tətbiqi ilə bağlı  mətbuat konfransı keçirildi.
Tədbirdə Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov bildirdi ki, qanunun tətbiqindən sonra işəgötürənlər bu sığorta növünə maraqla yanaşmalıdırlar. Qanunun tətbiqinə dekabrın 20-dən başlandığını və prosesin bir neçə ay davam edəcəyini deyən N.Xəlilov hazırda Azərbaycanda bu sığorta növünü “Atəşgah Həyat” və “Qala Həyat” sığorta şirkətlərinin tətbiq etdiyini bildirdi: “Bundan sonra şirkətlərin sayının artacağı gözlənilir. Bu sığorta növünün tətbiqi üçün büdcədən maliyyələşən təşkilatlar üçün növbəti ilin büdcəsində vəsait nəzərdə tutulub. Sığorta şirkətləri ilə müqavilələr isə müddətsiz bağlanacaq”.
Daha sonra Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirdi ki, hər il dünyada 2,3 milyon insan istehsalatda bədbəxt hadisələr nəticəsində dünyasını dəyişir. Onun sözlərinə görə, ölənlərin sayından 2-3 dəfə artıq insan isə xəsarət alır: “Azərbaycanda 2009-cu ildə istehsalatda 250 bədbəxt hadisə baş verib, 69 nəfər dünyasını dəyişib, 218 nəfər isə bu və ya digər dərəcədə əmək xəsarəti alıb”. M. Məhərov həmçinin bildirdi ki, qanunla iş prosesində işçi əlini belə yaralayarsa, Əmək Müfəttişliyinə məlumat verilməlidir: “Əks halda, müəssisəyə 2 min manat cərimə tətbiq olunacaq. Əgər işçi 1 gündən artıq əmək qabiliyyətini itirirsə, tədqiqat aparılmalıdır. Tədqiqat isə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aparılır. Zərərçəkmişə dəymiş zərər müəssisə tərəfindən işçiyə ödənilməlidir. Əgər müəssisə məbləği ödəməkdən boyun qaçırsa, zərərçəkən müəssisəni məhkəməyə verə bilər”.
M. Məhərov qeyd etdi ki, sözügedən qanunun qüvvəyə minməsi nəticəsində müəssisə bu xərclərdən azad ediləcək və həmin xərcləri sığorta şirkəti ödəyəcək. M.Məhərov onu da bildirdi ki, ödəniləcək məbləğ zərərin dərəcəsindən asılı olacaq. O, həmçinin bildirdi ki, icbari sığorta müqaviləsi müddətsiz bağlanılır.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma