sığortaçılar üçün

HƏQİQƏTƏN  SIĞORTAÇI OLMAĞA HAZIRSINIZMI???…

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarına uyğun olaraq hazırlanmış

SIĞORTAÇILARIN  və  TƏKRARSIĞORTAÇILARIN AKTUARİLƏRİ ÜÇÜN  İMTAHAN  SUALLARI

1.Sığorta nədir?
2.Təkrarsığorta anlayışının mahiyyətinə aid deyil:
3.Aşağıdakılardan hansı “sığortaçı” termininin mahiyyətini özündə əks etdirir?
4.Sığortalı kimdir?
5.Sığorta olunan kimdir?
6.Təkrarsığortalı kimdir?
7.Sığorta şəhadətnaməsi nədir?
8.Sığorta müqaviləsi nədir?
9.Sığorta qaydaları nədir?
10.Sığorta obyekti nədir?
11.Sığorta predmeti nədir?
12.Sığorta hadisəsi nədir?
13.Sığorta hadisəsi hesab edilən hadisələr və hallar necə müəyyən edilir?
14.Sığorta hadisəsi hansı əlamətlərə malik olmalıdır?
15.Sığorta ödənişi nədir?
16.Sığortaçı sığorta ödənişini hansı həddə həyata keçirir?
17.Şəxsi tutum nədir?
18.Sığorta tarifi nədir?
19.Sığorta riski nədir?
20.Sığorta tələbi nədir?
21.Sığortanın hansı sahələri var?
22.Sığorta növü nədir?
23.Qeyri-həyat sığortası başqa cür necə adlandırılır?
24.Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda sığorta hadisəsi nəticəsində yaranan itkilərin hansı hissəsinin əvəzinin ödənilməsi sığortalının üzərində qalır?
25.Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, azadolma məbləği hansı halda sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğindən çıxılmır?
26.Şərtsiz azadolma məbləğinin nəzərdə tutulması halında, azadolma məbləği hansı halda sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğindən çıxılır?
27.İcbari və könüllü sığorta növlərinə dair qeyd olunanlardan biri düzgün deyil:
28.Sığorta bazarının peşəkar iştirakçılarından deyil:
29.Sığorta sirri hesab edilmir:
30.Sığorta sirrinə dair aşağıda qeyd olunanlardan biri Azərbaycan Respublikası sığorta qanunvericiliyinə ziddir:
31.Sığortaçının hüquqi statusuna dair qeyd olunanlardan biri Azərbaycan Respublikası sığorta qanunvericiliyinə uyğun deyil:
32.Sığortaçının adı barədə qeyd olunanlardan biri Azərbaycan Respublikası sığorta qanunvericiliyinə uyğun deyil:
33.Qeyd olunanlardan biri Azərbaycan Respublikası sığorta qanunvericiliyinə uyğun deyil:
34.Sığortaçının fəaliyyətinə dair qeyd olunanlardan biri Azərbaycan Respublikası sığorta qanunvericiliyinə ziddir:
35.Biri həyat sığortası siniflərindən deyil:
36.Biri həyat sığortasının siniflərindən deyil:
37.Biri sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortsı üzrə siniflərdən deyil:
38.Qeyd olunanlardan ikisi həyatın yığım sığortasına aiddir:
39.Sığortaçı aşağıdakı sığorta siniflərindən biri üzrə bir ildən artıq müddəti əhatə edən sığorta müqavilələri bağlaya bilməz:
40.Sığorta növünə dair qeyd olunanlardan biri Azərbaycan Respublikası sığorta qanunvericiliyinə uyğun deyil:
41.Aşağıdakılardan biri sığortaçının təsisçisi və ya səhmdarı ola bilər:
42.Xarici sığortaçılara dair qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə ziddir:
43.Sığortaçının İdarə Heyətinə dair qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
44.Sığortaçının Təftiş Komissiyasına dair qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
45.Sığortaçının Təftiş Komissiyasının səlahiyyətinə daxil deyil:
46.Sığortaçının rəhbər işçilərinə dair tələblərdən biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
47.Sığortaçının rəhbər işçilərindən deyil:
48.Sığortaçının rəhbər işçilərinə dair tələblərə daxil deyil:
49.Sığortaçıların rəhbər işçilərinin təyin edilməsinə dair qeyd olunanlardan biri Azərbaycan Respublikası sığorta qanunvericiliyinə tələblərinə uyğun deyil:
50.Sığortaçının işçilərinin vəzifələrinə dair qeyd olunanlardan biri Azərbaycan Respublikası sığorta qanunvericiliyinə uyğun deyil:
51.Lisenziyalaşdırmaya dair tələblərdən biri deyil:
52.Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim edilməli olan sənədlərə daxil deyil:
53.Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunmalı sənədlərin sırasına daxil deyil:
54.Lisenziyalaşdırmaya dair qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
55.Sığorta fəaliyyətinə verilən lisenziyaların reyestrini hansı orqan aparır?
56.Lisenziyaların reyestrinə daxil edilməli olan məlumatların siyahısına daxil deyil:
57.Sığorta növünün aparılmasına icazə verilməsi ilə bağlı qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
58.Qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
59.Sığorta qanunvericiliyinə əsasən sığortaçının əlaqəli şəxsləri sırasına daxil deyil:
60.Sığorta qanunvericiliyinə əsasən əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlərə dair tələblərdən biri doğru deyil:
61.Əlaqəli şəxslərlə bağlanan əqdlərə dair qeyd olunanlardan biri Azərbaycan Respublikası sığorta qanunvericiliyinə uyğun deyil:
62.Sığorta nəzarəti orqanı tərəfindən sığorta və ya təkrarsığorta müqavilələrinin portfelinin digər sığortaçıya ötürülməsinə razılıq verməkdən imtina edilməsinin əsaslarına daxil deyil:
63.Müstəqil auditorun təyinatı sğortaçının səlahiyyətli idarəetmə orqanının qərarı ilə geri götürüldükdə və ya müstəqil auditor funksiyalarının icrasından imtina etdikdə Səhmdarların Ümumi Yığıncağı tərəfindən yeni auditorun təyin edilməsi 15 gün müddətində mümkün olmadıqda:
64.Sığortaçının müstəqil auditoruna dair qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
65.Sığortaçının tələb olunan kapitalı ilə bağlı qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
66.Sığorta ehtiyatları nədir?
67.Sığortaçının qeyri-həyat sığortası üzrə formalaşdırdığı ehtiyatlara daxil deyil:
68.Sığortaçının həyat sığortası üzrə formalaşdırdığı ehtiyatlara daxil deyil:
69.Sığorta vasitəçiliyinə dair qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
70.Sığorta brokerinə dair qeyd olunan fikirlərdən biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
71.Aşağıdakılardan hansı sığorta vasitəçilərinə aid deyil?
72.Sığorta vasitəçiliyinə aid deyil:
73.Sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinə dair qeyd olunanlardan biri Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun deyil:
74.Sığorta nəzarəti orqanı tərəfindən sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsinin maliyyələşdirilmə mənbəyi olan sığortaçıların hər birinin daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından 0.3 faiz məcburi ayırmaların istifadə məqsədlərinə aid deyil:
75.Sığorta nəzarəti orqanı tərəfindən sığortaçıların və sığorta vasitəçilərinin növbədənkənar səyyar yoxlamasına əsas verən hallardan biri deyil:
76.Səyyar yoxlama apararkən yoxlayıcıların hüquqlarına daxil deyil:
77.Yoxlanılan subyekt yoxlama aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda yaranan hüquqi nəticələrə aid deyil:
78.Sığorta nəzarəti orqanının tətbiq etdiyi sanksiyalara daxil deyil:
79.Lisenziyanın qüvvəsinin məhdudlaşdırılmasına əsas verən hallar sırasına daxil deyil:
80.Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallara aid deyil:
81.Təkrarsığortaçılara şamil edilməyən sanksiya hansıdır?
82.Lisenziyanın qüvvəsi hansı yolla məhdudlaşdırılır?
83.Lisenziyanın ləğvinə əsas verən hallardan biri deyil:
84.Lisenziyanın ləğvinin hüquqi nəticələrinə aid deyil:
85.Sığortaçıların kreditorlarının tələblərinin ödənilməsinin Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə müəyyən edilmiş növbəliliyinə əsasən aşağıdakı tələblərin ödənilməsinin düzgün ardıcıllığını göstərin:
86.Göstərilən tələblərdən hansı sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş növbəliliyinə əsasən birinci növbədə ödənilməlidir?
87.Hansı tələb Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq növbədənkənar ödənilir?
88.Sığortaçının kredotirlarının tələblərinin ödənilməsinin Azərbaycan Respublikası sığorta qanunvericiliyində nəzərdə tutulmuş növbəliliyinə əsasən bu tələblərdən hansı əvvəl ödənilməlidir?
89.Aşağıdakılardan hansının sığortalanması Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə qadağan olunur?
90.Sığorta obyekti ola bilməz:
91.Sığorta marağına aid deyil:
92.Təkrarsığortaya aid olan aşağıdakı müddəalardan hansı yanlışdır:
93.Qrup halında sığorta nədir?
94.Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə əsasən sığorta haqqı nədir?
95.Qeyd olunanlardan hansı sığorta ödənişinin həyata keçirilməsi formasını daha yaxşı ifadə edir?
96.Qismən sığorta halında:
97.Sığorta qaydaları ilə bağlı qeyd olunanlardan hansılar doğru deyil:
98.Sığorta müqaviləsinin etibarsızlığının əsaslarına daxildir:
99.Sığortalı tərəfindən sığorta haqqının qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödənilməməsinin hüquqi nəticəsi:
100.İcbari sığorta müqaviləsinə aid deyil:
101.Azadolma məbləğinə aid deyil:
102.Azadolma məbləği nədir?
103.Qrup halında sığortaya aid deyil:
104.Sığorta şəhadətnaməsinə aid qeyd olunanlardan biri doğru deyil:
105.Sığorta şəhadətnaməsinin itməsi və ya məhv olmasının hüquqi nəticələrinə aid qeyd olunanlardan biri doğru deyil:
106.Sığorta haqqı nədir?
107.Sığorta haqqına aid qeyd olunanlardan biri doğru deyil:
108.Sığorta məbləği haqqında qeyd olunan fikirlərdən ikisi doğru deyil:
109.Sığorta qaydalarında nəzərdə tutulmayan və sığortalının vəziyyətini pisləşdirən əlavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə:
110.Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər hansı şərtlərlə sığorta təminatına daxil edilə bilər?
111.Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etməyə aid qeyd olunan fikirlərdən biri yanlışdır.
112.Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələrinə aid qeyd olunanlardan biri sığorta qanunvericiliyinə və ya uyğun deyil
113.Sığorta hadisəsinə aid qeyd olunanlardan biri düzgün deyil:
114.Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi necə həyata keçirilir?:
115.Sığorta ödənişinə dair qeyd olunanlardan biri doğru deyil:
116.Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə hansı sığorta növü üzrə sığorta ödənişləri verilməlidir?
117.Subroqasiya hüququna dair qeyd oluna fikirlərdən biri yalnışdır:
118.Sığorta agentinə dair qeyd olunan fikirlərdən biri yanlışdır:
119.Təminat şəhadətnaməsi nədir?
120.Faydalanan şəxs kimdir?
121.Sığorta nəzarəti orqanının səlahiyyətləri hansılardır?
122.Sığortaçının öz vəsaiti nədir?
123.Sığortaçının tələb olunan kapitalının anlayışı hansı bənddə düzgün verilmişdir?
124.Sığortaçının məcmu kapitalınədir?
125.Sığorta nəzarəti orqanının səlahiyyətlərinə aid deyil:
126.Sığorta sisteminə daxil deyil:
127.Aşağıdakı məlumatlardan hansı sığorta sirri hesab edilmir?
128.Sığorta bazarının peşəkar iştirakçılarına aid deyil:
129.Sığortaçının hansı istiqamətdə fəaliyyət göstərməsi üçün lisenziya tələb olunmur?
130.Çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə monitorinqi aparılan sığorta əməliyyatlarının siyahısı kim tərəfindən müəyyən edilir?
131.Qeyri-həyat sığortasına aşağıdakılardan hansı aiddir?
132.Qeyri-həyat sığortası özündə birləşdirir:
133.Annuitet sığortası nədir?
134.Sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortasına aid deyil:
135.Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan hansı sığorta siniflərini özündə birləşdirir?
136.Qeyri-həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan hansı sığorta siniflərini özündə birləşdirir?
137.Sığorta obyektinə görə mülki məsuliyyətin sığortasına aiddir:
138.Aşağıdakılardan yalnız biri qarışıq maliyyə risklərinin sığortasına aiddir:
139.Həyatın yaşam sığortası nədir?
140.Sığortaçının təsisçiləri kimlər ola bilər?
141.Sığortaçının səhmdarı kimlər ola bilər?
142.Azərbaycan Respublikasının vətəndaşı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün hansı tələblərə cavab verməlidir?
143.Yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün hansı tələblərə cavab verməlidir?
144.Xarici sığortaçı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün hansı tələblərə cavab verməlidir?
145.Lisenziya kimlərə verilir?
146.Sığortaçı Səhmdarların Ümumi Yığıncağının hər müvafiq iclasından sonra 10 iş günü müddətində sığorta nəzarəti orqanına hansı orqanların üzvləri barədə məlumat təqdim etməlidir?
147.Sığorta nəzarəti orqanının səlahiyyətlərinə aid deyil:
148.Sığorta və ya təkrarsığorta fəaliyyətinə verilən lisenziyaya aid deyil?
149.Sığorta fəaliyyəti üçün verilən lisenziyaların reyestrini hansı orqan aparır?
150.Sığortaçı lisenziyanın yenilənməsi üçün sığorta nəzarəti orqanına müraciət edərkən aşağıdakı sənədləri əlavə etməlidir:
151.Sığortaçının ehtiyatlarını təmin edən vəsaitlərə aid deyil:
152.Həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçı kimə borc verə bilməz?
153.Həyat sığortası sahəsində fəaliyyət göstərməyən sığortaçı kimə borc verə bilər?
154.Digər hüquqi şəxsdə mühüm iştirak payının alınmasına razılıqla bağlı fikirlərdən hansı qanuna uyğundur?
155.Sığortaçının törəmə cəmiyyətlərinə aiddir:
156.Həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçı kimə borc verə bilməz?
157.Qanuna əsasən sığortaçının əlaqəli şəxsinə aid deyil:
158.Sığortaçının sığorta və ya təkrarsığorta müqavilələrinin ötürülməsi ilə bağlı müddəalardan hansı doğru deyil?
159.Sığortaçıların birləşmə yolu ilə yenidən təşkili ilə bağlı müddəalardan biri düzgün deyil:
160.Sığortaçıların birləşməsi ilə bağlı aşağıdakı müddəalardan biri qanunvericiliyə uyğun deyil:
161.Kim sığortaçının müstəqil auditoru ola bilər?
162.Müatəqil auditorla bağlı aşağıdakı müddəalardan hansı doğru deyil:
163.Sığortaçının auditinin aparılması ilə bağlı tələblərə aid deyil:
164.Sığortaçıların fəaliyyətləri barədə hesabatları ilə bağlı aşağıdakı müddəalardan hansı düzgündür?
165.Sığortaçının maliyyə sabitliyi ilə bağlı aşağıdakı müddəalardan hansı düzgün deyil?
166.Sığortaçı nizamnamə kapitalının formalaşdırılması üçün hansı vəsaitlərdən istifadə edə bilməz:
167.Sığortaçı qeyri-həyat sığortası üzrə aşağıdakı ehtiyatlardan hansını formalaşdırmır?
168.Sığortaçı həyat sığortası üzrə aşağıdakı ehtiyatlardan birini formalaşdırmır:
169.Sığorta ehtiyatları ilə bağlı qeyd olunanlardan biri doğru deyil:
170.Sığorta vasitəçiləri kimlər hesab edilir?
171.Sığortaçının idarəetmə orqanlarına aid deyil:
172.Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağının səlahiyyətlərinə aid deyil:
173.Sığortaçının Direktorlar Şurasının səlahiyyətlərinə aid deyil:
174.Sığortaçının Direktorlar Şurasının səlahiyyətlərinə aid edilə bilər:
175.Direktorlar Şurasının tərkibi ilə bağlı variantlardan biri yanlışdır;
176.Direktorlar Şurasının vəzifələrinə aid deyil;
177.Sığortaçının İdarə Heyəti ilə bağlı fikirlərdən hansı yanlışdır?
178.Sığortaçının Təftiş Komissiyasının tərkibinə dair fikirlərdən hansı yanlışdır?
179.Kimlər Təftiş Komissiyasının müstəqil üzvü təyin oluna bilər?
180.Təftiş Komissiyası ilə bağlı müddəalardan biri yanlışdır;
181.Aşağıdakılardan hansı Təftiş komissiyasının səlahiyyətlərinə aid deyil?
182.Təftiş Komissiyasının vəzifələrinə aid deyil;
183.Sığortaçının daxili audit xidmətinə aid deyil;
184.Sığortaçının korporativ idarəetməsi ilə bağlı aşağıdakı müddəlardan biri yanlışdır;
185.Sığortaçının rəhbər işçilərinə aid deyil;
186.Sığortaçının rəhbər işçisi vəzifəsinə təyin edilmək üçün namizədlərdən hansı tələbə cavab vermək tələb olunmur;
187.Sığortaçının rəhbər işçisinin təyin edilməsi ilə bağlı müddəalara daxil deyil:
188.Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün şəxs hansı orqana müraciət etməlidir?
189.Sığorta sektorunda dövlət tənzimləməsini və nəzarətini aşağıdakı orqanlardan hansı həyata keçirir?
190.Sığorta nəzarəti orqanının vəzifələrinə aid deyil:
191.Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarını həyata keçirməsinin maliyyələşdirmə mənbələrinə aiddir:
192.Səyyar yoxlama ilə bağlı fikirlərdən biri yanlışdır.
193.Sığorta nəzarəti orqanının səlahiyyətləri ilə bağlı aşağıdakı ifadələrdən biri doğru deyil:
194.Səyyar yoxlama aparan yoxlayıcıların hüquqlarına aid deyil
195.Sığorta nəzarəti orqanı təqdimat verməklə sığortaçılardan və sığorta vasitəçilərindən nəyitələb edə bilməz?
196.Sığorta nəzarəti orqanı hansı sanksiyanı tətbiq edə bilməz?
197.Sığorta nəzarəti orqanı təqdimatlar və sanksiyaların tətbiqi haqqında qərar barədə məlumatı kimə göndərmir?
198.Sığorta nəzarəti orqanının təqdimatları və sanksiyaları ilə bağlı aşağıdakı müddəalardan biri yanlışdır:
199.Hansı halda sığorta nəzarəti orqanı sığortaçının lisenziyasının qüvvəsini 6 ayadək dayandıra bilər?
200.Aşağıdakılardan hansı sığortaçının lisenziyasının ləğv edilməsinin əsaslarına aiddeyil?
201.Lisenziyası ləğv edilən şəxs hansı bank əməliyyatlarını apara bilməz?
202.Lisenziyanın ləğvi ilə bağlı aşağıdakı müddəalardan biri yanlışdır:
203.Kimlər lisenziyası ləğv edilmiş sığortaçının müvəqqəti inzibatçısı təyin edilə bilməz?
204.Müvəqqəti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti barədə hesabatı kimə təqdim etməlidir?
205.Sığortaçının lisenziyası könüllü qaydada ləğv edildikdə bu barədə qərar hansı orqan tərəfindən qəbul edilir?
206.Ləğv edilən sığortaçının qəbul etdiyi risklər üzrə bağlamış olduğu sığorta və ya təkrarsığorta müqavilələrinin portfelinin digər sığortaçıya ötürülməsi barədə qərarı hansı orqan qəbul edə bilər ?
207.Sığortaçının ləğvi ilə bağlı aşağıdakı müddəalardan hansı doğru deyil?
208.Sığortaçı hansı orqanın qərarı ilə məcburi qaydada ləğv edilir?
209.Sığortaçının ləğvi ilə bağlı aşağıdakı ifadələrdən biri yanlışdır:
210.Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi kim tərəfindən təsdiq edilir?
211.Könüllü qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi kim tərəfindən təsdiq edilir?
212.Hansı tələb növbədənkənar ödənilir ?
213.Sığortaçıların fəaliyyət istiqamətləri baxımından sığorta hansı sahələrə bölünür?
214.Sığorta sahələri və sinifləri ilə bağlı aşağıdakı ifadələrdən hansı doğru deyil?
215.Sığorta obyektinə aid deyil:
216.Hansı halda sığorta müqaviləsi etibarlı sayılır?
217.İcbari sığortada sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası necə müəyyən olunur?
218.Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilməsinin nəticəsidir:
219.Sığortalının və ya sığorta olunanın sığorta müqaviləsi üzrə hüquqlarının pozulmasını hesab etdiyi hallarda şikayətlə müraciət edə bilməsi üçün sığorta şəhadətnaməsində adı, ünvanı və telefon nömrəsi göstərilməli olan orqan hansıdır ?
220.Qrup halında sığorta nədir?
221.Sığortaçı sığorta ödənişini hansı halda həyata keçirir?
222.Sığorta haqqı ilə bağlı qeyd olunanlardan hansı doğru deyil?
223.Şərikli sığorta nədir?
224. Obliqator təkrarsığorta nədir?
225. Qrup halında sığorta zamanı sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə:
226. Sığorta ödənişinin verilməsi üçün sığorta tələbinin təqdim edilməsi hansı sığorta sinfi üzrə tələb olunmur?
227. Sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən sığorta riskinin sığortaçının öhdəliyində qalan hissəsi necə adlanır?
228. Aşağıdakılardan hansı şərikli sığortanın mahiyyətinə uyğundur?
229. Aşağıdakılardan hansı həyat sığortası sahəsinə aid deyil?
230. Hansılar sığorta obyektinə görə şəxsi sığortaya aiddir?
231. Aşağıdakılardan hansı sığorta hadisəsi anlayışını əks etdirir?
232. Aşağıdakılardan hansı yığım sığortasının mahiyyətinə aiddir?
233.Sığorta haqqı nədir?
234.Sığorta məbləği nədir?
235.Aşağıdakılardan hansı sığorta ödənişini xarakterizə etmir?
236.Qismən sığorta halında sığortaçının hansı hüququ və vəzifəsi vardır?
237.Təkrarsığorta nədir?
238.Təkrarsığortanın aparılmasının hansı formaları var?
239.Mütənasib təkrarsığorta nədir?
240.Hansı bənddə sığorta bazarının peşəkar iştirakçıları düzgün göstərilməyib?
241.Sığorta sirri aşağıdakılardan hansını əhatə etmir?
242.Sığortaçı müvafiq lisenziya əsasında hansı fəaliyyət növü ilə məşğul ola bilər?
243.Sığorta müqaviləsi hansı andan öz qüvvəsini itirir?
244.Böyük həcmli risklərin birgə sığortalanması üçün sığortaçılar arasında istifadə edilən mexanizm necə adlanır?
245.Təkrarsığortaçı ilə təkrarsığorta müqaviləsi bağlamış sığortaçı sığortalı qarşısında hansı həcmdə məsuliyyət daşıyır?
246.Öz əmlak maraqlarının qarşılıqlı əsasda zəruri vəsaitin birləşdirilməsi yolu ilə sığortalanması məqsədilə vətəndaşların və hüquqi şəxslərin birləşməsi necə adlanır?
247.Subroqasiya hüququ kimə məxsusdur?
248.Subroqasiya hüququnun mahiyyəti nədir?
249.Hansı sığorta siniflərində subroqasiya hüququ tətbiq edilmir?
250.Sığorta agenti kimi təmsil edir?
251.Sığorta brokeri kimi təmsil edir?
252.Sığorta müqaviləsi üzrə faydalanan şəxs kimdir?
253.Təkrarsığorta müqaviləsinin tərəfləri kimlərdir?
254.Könüllü sığorta növü üzrə sığorta qaydalarına sığortaçının etdiyi dəyişikliklər nə zaman tətbiq edilə bilər?
255.“Qaytarılan məbləğ” nədir?
256.Həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul məbləği necə adlanır?
257.Səhmdarın hüquqi şəxsin yerləşdirilmiş adi səhmlərinin neçə faizinə malik olması əhəmiyyətli nəzarət hesab olunur?
258.Mühüm iştirak payı nədir?
259.Əhəmiyyətli nəzarət nədir?
260.Əhəmiyyətli müqavilə nədir?
261.Aşağıdakı hallardan hansı vətəndaş qüsursuzluğu anlayışına aid deyil?
262. Yaxın qohumlar kateqoriyasına kimlər aid deyillər?
263.Yaxın qohumlar kateqoriyasına kimlər aiddirlər?
264.Törəmə cəmiyyət nədir?
265.Asılı cəmiyyətlər hansılardır?
266.Sığorta haqqının, sığorta məbləğinin və sığorta ödənişinin hesablanmasına dair misallar.
267. Sığortaçılar fəaliyyətləri barədə qanunvericiliklə nəzərdə tutulmuş hesabatları hansı dövrlər üzrə tərtib edib, sığorta nəzarəti orqanına təqdim etməlidirlər?
268. Sığortaçının investisiya siyasəti kim tərəfindən müəyyənləşdirilir?
269.Sığorta ehtiyatları balansın hansı bölməsində yərləşdiririlir?
270. Maliyyə hesabatlarından başqa digər hesabatların siyahısını, formalarını və dövriliyini hansı orqan müəyyənləşdirir?
271. Hansı iki şərt eyni zamanda mövcud olduqda, sığortaçı sığorta nəzarəti orqanının razılığını almadan yerli hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoya bilər?
272. Sığortaçının bir sığorta predmeti üzrə sığorta riskləri ilə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının neçə faizdən cox olmamalıdır?
273. Sığortaçı qeyri-həyat sığortası üzrə hansı ehtiyatları formalaşdırır?
274. Sığorta ehtiyatları hansı vəsaitlər hesabına formalaşdırırlır?
275. Sığortaçı neçə il ardıcıl eyni müstəqil auditoru dəvət edə bilər?
276. Əmlakın qismən sığortası zamanı sığortaçı zərərin əvəzini necə ödəyir?
277. Əmlakın sığortasında sığorta məbləği əmlakın dəyərindən çox olduqda zərər necə hesablanır?
278. Təkrarsığortaya verilmiş müqavilələr üzrə təkrar sığortaçıdan zərər payları alınmadan sığortalıya sığorta ödənişi verilə bilərmi?
279. Qazanılmış sığorta haqları öz əksini harada tapır?
280. Sığortaçı sığorta ödənişini vaxtında verməmişdirsə, sığorta ödənişinin hansı faizi miqdarında dəbbə pulu ödəməlidir?
281. Girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs olan girov saxlayana sığorta ödənişinin hansı faizi verilir?
282. Ödəmə qabiliyyətinin səviyyəsinin hesablanmasına dair misallar.
283. Təkrarsığortaçının sığorta ehtiytiyatlarında payı balansın hansı hissəsində göstərilir?
284. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləginin hesablanmasına dair misallar.
285.Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunluğu aktivlərin balans dəyərinə tətbiq edilən daşınmaz əmlakın qalıq dəyəri neçə faizdir?
286. Xalis sığorta ödənişləri nədir?
287. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün aparılan məcburi ayırmalar sığorta haqlarının neçə faizini təşkil edir?
288. Dövlət qiymətli kağızları hansı aktivlərə aid edilir?
289. Sığortaçıların məcmu kapitalının hesablanmsına dair misallar.
290. Şəxs sığortaçının aktuarisi vəzifəsinə təyin olunmaq üçün hansı tələblərə cavab verməlidir?
291. Sığortaçının hüquqi statusu aşağıdakılardan hansında daha dolğun əks olunub?
292.Aktiv və öhdəliklər qarşılıqlı əvəz edilə bilərmi?
293.Pul ekvivalentləri nədir ?
294. Emissiya gəlirləri nədir?
295.Qısamüddətli aktiv və öhdəliklər dedikdə hansı müddət ərzindəki aktiv və öhdəliklər nəzərdə tutulur.
296. Bölüşdürülməmiş mənfəət nəyi əks etdirir?
297.Ehtiyatlara (sığorta fəaliyyəti ilə bağlı ehtiyatlar istisna olmaqla) hansı aktivlər daxildir?
298. Əsas vəsaitin dəyərinə nə daxil deyildir?
299.Xüsusi məqsədlər üçün yaradılan ehtiyatlar başqa təyinatlar üzrə istifadə edilə bilərmi?
300. Sığortaçının ödəmə qabiliyyətinin tələb olunan səviyyəsinin “Sığorta haqları” metodu ilə hesablanmasına dair misallar.
301.Sığortaçının ödəmə qabiliyyətinin tələb olunan səviyyəsinin “Sığorta ödənişləri” metodu ilə hesablanmasına dair misallar.
302. Risk kapitalı nədir?
303. Risk kapitalının hesablanmasına dair misallar.
304. Sığortaçının ödəmə qabiliyyətinin tələb olunan səviyyəsinin “Sığorta haqları” metodu ilə hesablanmasına dair misallar.
305. Sığortaçının öz vəsaitinin hesablanmasına dair misallar.
306.“Aralıg yekun”un təyin edilməsinə dair misallar.
307. Zərər əmsalının hesablanmasına dair misallar.
308. Məcmu sığorta haqlarını hesablanmasına dair misallar.
309. Tələb olunan kapitalın hesablanmasına dair misallar.

İstifadəçi avatarı
Advertisements

sığortaçılar üçün” üçün bir cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma