Azərbaycanın sığorta-pensiya sistemi 29 ölkə arasında lider olub

BMT  inkisaf  Fondu Onu bu yerə layiq görüb….

BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycanda qurulan müasir sığorta-pensiya sistemini birinci yerə layiq görüb. Azərbaycan tərəfi qurumun elan etdiyi müsabiqədə  Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsilə bağlı layihə ilə çıxış edib. BMT İnkişaf Proqramının layihə meneceri Oqtay İbrahimov:
“Bizim layihə 29 ölkə üzrə və həmin ölkələrdə həyata keçirilən layihələr içərisində birinci yerə layiq görülüb. Sosial-sığorta, pensiya sahəsində başlanmış islahatlar, cəmiyyətdə baş verən dəyişikliklər bizə birinci yerə çıxmağa imkan verib. “
Oqtay İbrahimovun sözlərinə görə, hazırda Azərbaycanda 1 milyon 300 min nəfər pensiyaçı var və onlardan 98,4 faizinin pensiyaları plastika kartlarla ödənir. Bu göstəricinin dünya ölkələri üzrə böyük nailiyyət olduğunu deyən Fond nümayəndəsi pensiya islahatlarının davam etdiriləcəyini bildirib. Gələn ildən isə vətəndaşlar gələcək pensiyası üçün hesablarında nə qədər vəsait topladığına internet vasitəsi ilə nəzarət edə biləcəklər. BMT İnkişaf Proqramının layihə meneceri dedklərinə bunları da əlavə edir:
“Artıq bu məlumatlar toplanıb yekunlaşdırılır. 2006,2007,2008, hətta 2009-cu illərin məlumatları toplanır. Artıq yekun mərhələdəyik. Bu məlumatlar hamısı vətəndaşların hesablarına yerləşdirilir. 2011-ci ildən başlayaraq vətəndaşlar internet üzərindən öz hesablarına daxil olaraq öz şəxsi hesablarına nəzarət etmək imkanına sahib olacaqlar. “
Bundan başqa, Fond 2011-ci ildə bütün sosial sığorta şəhadətnaməsi sahiblərinə məlumat göndərəcək. Bu məlumatlarda onların şəxsi hesablarında toplanan vəsait, onların mənbəyi, üzərinə gələn faizlər əksini tapacaq.
Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma