Maliyyə Nazirliyindən sığorta şirkətlərinə güzəşt

Azərbaycanda sığorta təşkilatlarının kapitalının minimumu ilə bağlı tələblər yumşaldılıb


Azərbaycan Maliyyə Nazirliyi Kollegiyasının növbəti iclasında sığorta və təkrarsığorta təşkilatlarının tələb olunan kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında qərar qəbul edilib. Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu qərara əsasən, ölkədə fəaliyyət göstərən sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləği aşağıdakı kimi müəyyən olunub:Belə ki, 1 yanvar 2011-ci ildən sığortaçılar üçün tələb olunan kapitalın minimum məbləği 3 milyon manat, təkrarsığortaçılar üçün tələb olunan kapitalın minimum məbləği 6 milyon manat olacaq. 1 yanvar 2012-ci ildən sığortaçılar üçün tələb olunan kapitalın minimum məbləği 4 milyon manat, təkrarsığortaçılar üçün tələb olunan kapitalın minimum məbləğ isə 8 milyon manat təşkil edəcək. 2013-cü ilin yanvarın 1-dən isə sığortaçılar üçün tələb olunan kapitalın minimum məbləği 5 milyon manat, təkrarsığortaçılar üçün tələb olunan kapitalın minimum məbləğ isə 10 milyon manat olacaq.
Qərarın qəbul edilməsi zamanı dünya maliyyə böhranının sığortaçıların və təkrarsığortaçıların maliyyə vəziyyətinə, habelə ölkənin sığorta bazarının inkişaf dinamikasına təsirləri təhlil edilib və “Sığorta fəaliyyəti haqqında” qanununun 79.2-ci maddəsi rəhbər tutulmaqla, Azərbaycan Sığortaçılar Assosiasiyasının müraciəti nəzərə alınıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin 2008-ci il iyulun 31-də keçirilən kollegiya iclasının qərarı ilə kapitalın minimum məbləği 01.01.2011-ci il tarixə sığortaçılar üçün 3,5 milyon manat (təkrarsığortaçılar üçün 7 milyon manat), 1 yanvar 2012-ci il tarixə 5 milyon manat (təkrarsığortaçılar üçün 10 milyon manat) müəyyən edilib.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma