Çooox maraqlıdır…

Dünyanın 10 ən qeyri – adi sığorta növü 🙂

Qərargahı Amsterdamda yerləşən Hullberry Sığorta Şirkəti vətəndaşlara bəzi qeyri – adi risklərdən sığortalanmağı təklif edir. Belə təkliflər arasında benzinin qiymətinin artması və ya başqa planetdən gələnlər tərəfindən oğurlanma kimi maraqlı risklərdən sığortalanma təklifləri də var. Şirkət artıq nəzarət orqanından belə ekstravaqant xidmətlərin həm Hollandiyada, həm də digər ölkələrdə, xüsusilə də Almaniyada göstərilməsinə rəsmi icazə alıb. Burda da insanlar illik 12 avro ödəməklə liftdə qalmaqdan və ya həbsxanaya düşməkdən sığortalana bilərlər.

1) Benzin qiymətinin artması

Əgər benzinin qiyməti 15% – dən çox artarsa, onda növbəti 1000 litr benzin üçün sığorta şirkəti əlavə xərcləri ödəmək öhdəliyi daşıyır. Sığortanın qiyməti: illik 19,95 avro.

2) Qapılar bağlandı

Siz evdən tələsik çıxdınız, açarlar evdə qaldı, qapı isə arxanızca kilitləndi. Sığorta sizə günün və həftənin vaxtından asılı olaraq 100 Avroya qədər ödəniş həyata keçirəcəkdir. Sığortanın qiyməti: illik 18 avrodan başlayaraq.

3) Lift xarab oldu

Əgər liftdə qalmısınızsa, Hullberry şirkəti liftdə itirdiyiniz vaxt üçün 75 avro təzminat ödəməyi vəd edir. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək.

4) Lotoreyada bəxtiniz gətirmir?

İldə 52 dəfə lotoreya oynayan, lakin heç nə uda bilməyən – bəxti gətirməyən şəxs sığorta şirkətindən 2500 Avro pul ala bilər. Sığorta hadisəsinin baş vermə ehtimalı 1/4900 dur. Nəzərə alsaq ki, altı rəqəmli lotoreyanın baş prizini udmak şansı 1/14 milyona bərabərdir, o zaman bu ehtimal heç də pis deyil. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək.

5) Quru qanun, yəni qadağa

Əgər, ölkədə yeni quru qanun, başqa sözlə içki içilməsini qadağan edən qanun qəbul olunarsa, sığorta olunan kompensasiya olaraq 500 avro alacaqdır. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək.

6) Başqa planetlilər tərəfindən oğurlanma

“Sığortalı öz iradəsindən asılı olmadan(zorla) başqa planetlilər tərəfindən Yer kürəsindən qaçırılarsa, sığorta ödənişi həyata keçirilir” – sığorta müqaviləsində deyilir. Belə olan halda zərərçəkənə 5000 avro ödəniş verilir. Amma, o şərtlə ki, həkimdən və aviakosmik orqanlardan arayış təqdim olunsun. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək.

7) Təqsiriniz olmadan həbsxanaya düşmüsünüz?

Əgər, təqsiriniz olmadan dəmir barmaqlıqlar arxasına düşməkdən qorxursunuzsa, sığorta şirkəti ilə müqavilə bağlaya bilər və belə hal baş verərsə, 500 avro sığorta ödənişi ala bilərsiniz. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək.

8 )   Nigah məmurunun yanında “YOX” dedi?

Doğrudur, belə vəziyyətə düşən adam üçün 100 avro çox kiçik təsəlli olsa da, əgər öz partnyorunuzun “HƏ” deyəcəyindən əmin deyilsinizsə, riskə getməyə dəyməz. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək.

9) Gizli kamera

Şirkət təklif edir ki, özünüzə və ya dostlarınıza gizli kameraya çəkilməkdən qorunmaq üçün sığorta şəhadətnaməsi hədiyyə edəsiniz. Əgər belə vəziyyətə düşsəniz, zərərçəkən 1000 avroya qədər ödəniş ala bilər. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək.

10) Uşaq kimdəndir?

Uşağın anası kimdir – məlumdur. Bəs atası? Öz partnyerlarına bu məsələdə etibar etməyən kişilər belə risklərdən sığortalana bilərlər. “Buynuz” ortaya çıxanda isə 500 avro ödəniş almaq hüququna malikdirlər. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma