Ölkəmizə ən çox sərmayə yatıran dövlətlər…

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın əsas kapitalına yönəldilən xarici investisiyalar üzrə siyahıya Böyük Britaniya başçılıq edir. Böyük Britaniyanın yatırdığı investisiyaların həcmi 505 mln. 38,8 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,8% artması deməkdir. 

Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. ABŞ-ın yatırdığı investisiyaların həcmi 2009-cu ilin analoji dövrü ilə müqayisədə 71,3% artaraq, 223 mln. 960,6 min manata çatıb. Sonrakı yerlərdə isə Yaponiya Norveç və Türkiyə gəlir. Yaponiya investorları Azərbaycanın əsas kapitalına 117 mln. 157,8 min manat (71,2%), Norveç investorları 72 mln. 643,6 min manat (70,5%), Türkiyə investorları isə 63 mln. 801,3 min manat (88,5%) sərmayə yatırılıb. Siyahının ilk onluğunu 21 mln. 654,6 min manat investisiya yönəldən Cənubi Koreya, 20 mln. 448,5 min manatla Fransa, 5 mln. 68 min manatla Çexiya, 3 mln. 359,3 min manatla Səudiyyə Ərəbistanı və 1 mln. 937,2 min manatla Rusiya tamamlayır.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma