Azərbaycanda sığorta biznesi

Elm və texnikanın ildən-ilə inkişaf etməsinə baxmayaraq kainatda baş verən təbii fəlakətlər, zəlzələ, yanğın, sunami və sairə hadisələr nəticəsində bəşəriyyətə külli miqdarda maddi zərər dəyir. Bu hadisələr nəticəsində dəyən zərərlərin ödənilməsinə təminat verən iqtisadi qurum  – sığortadır.

Azərbaycanda sığorta işi 1921-1991-ci illərdə SSRİ Dövlət Sığorta İdarəsinin tərkibində bir sığorta agentliyi kimi fəaliyyət göstərmişdir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1991-ci ildə Respublika Prezdientinin fərmanı ilə ilk dəfə müstəqil fəaliyyət göstərə biləcək Dövlət Sığorta Şirkəti yaradılmışdır.

Azərbaycanda sığorta biznesinin yeni bir sahə olduğunu nəzərə alsaq və bu sahədə maarifləndirmə işinin lazımi səviyyədə təşkil olunması, həmçinin sığorta bazarında rəqabətin qanuni çərçivələrdə aparılması sığortalılarda sığortaya qarşı mənfi fikir yaradır.

Respublikada bu günə qədər Milli Təkrar Sığorta Şirkətinin yaradılması təkrar sığorta işinin müasir standartlara uyğun qurulması istiqamətində çətinliklər yaratmaqla bərabər daxili bazarın inkişafına nail olmaq olmur.

Respublikada yığım xarakteri daşıyan həyat sığortasının inkişaf etdirilməsi üçün lazımi hüquqi baza yaradılmamışdır. Sığorta Şirkətinin sərbəst vəsaitlərinin, səhmlərinin və qiymətli kağızların alınmasına yönəldilməsi sahəsində də istənilən şərait yaradılmamışdır.

Əhalinin sağlamlığının qorunması sahəsində respublikada çox mühüm işlər görülməsinə baxmayaraq (tibb sahəsində müxtəlif islahatların aparılmasına baxmayaraq) tibbi sığorta işi ölkədə lazımi inkişafını hələ tapmamışdır.

Hazırda Şirkətlər tərəfindən könüllü tibbi sığorta aparılır ki, bu da əhalinin çox cüzi bir hissəsini əhatə edir.

Əhaliyə daha dolğun tibbi xidmət göstərilməsi üçün icbari tibbi sığortanın aparılması mühüm əhəmiyyət kəsb edir. Lakin «Tibbi sığorta haqqında» Qanun hələ 1999-cu ildə qəbul olunmasına baxmayaraq bu günə kimi işləmir və onun işləməsi üçün müvafiq tədbir görülməmişdir.

Möhtərəm Prezidentimiz İ.Əliyev cənablarının təşəbbüsü ilə qəbul edilmiş «Yanğından icbari sığorta haqqında» Qanuna baxmayaraq sahibkarlıq fəaliyyəti bəzi hüquqi və fizii şəxslər öz əmlaklarını və məsuliyyətlərini sığorta etdirməkdən yayınırlar və bunların barəsində tədbir görülməsi üçün İnzibati Xətalar Məcəlləsində müvafiq cərimə və sanksiyalar nəzərdə tutulmasına baxmayaraq aidiyyatı təşkilatlar tərəfindən bu tətbiq olunmur.

Ölkə iqtisadiyyatının inkişafı və bərqərar olmuş iqtisadi və siyasi sabitlik əhalinin maddi rifah halının yaxşılaşması, əmək haqlarının artması, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olur. Belə ki, son illərdə respublikada fiziki şəxslərə məxsus nəqliyyat vəsaitlərinin sayı artaraq 700 000 çox təşkil edir.

Lakin nəqliyyat vasitələrinin Kasko sığortası sahəsində aparılan iş qənaətbəxş deyildir. Bu işi həmçinin vətəndaşlara məxsus tikintilərin könüllü sığortasına da aid etmək olar. Son illərdə respublikada tikinti işi yüksək templə inkişaf etməsinə baxmayaraq tikintilərin sığortası işi də çox zəifdir.

Respublikada «İpoteka haqqında» Qanun qəbul edilməsinə baxmayaraq bu kreditlər üçün nəzərdə tutulan bank faizləri yüksək olduğundan bu kreditdən istifadə edənlər çox azdır və sözsüz ki, sığortaya cəlb olunması da  həmçinin yarıtmazdır.

Bununla yanaşı sığorta bazarının təkmilləşməsi və formalaşması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər yeni redaksiyada hazırlanmış «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanun layihəsi gələcəkdə əhaliyə daha yüksək sığorta xidmətləri göstərməyə, onlara sığorta təminatı yaratmağa zəmin yaradacaqdır.

ÜMİD  edirəmki  bir  çox  İEÖ lər kimi  Azərbaycanda da   sığorta bazarı  yüksək seviyyəsə inkişaf  etmiş   olar….

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma