АХА – dünyanın ən iri sığorta şirkətidir

Dünyanın tanınmış “AM Best” reytinq agentliyi xalis mükafatların həcminə görə dünyanın ən iri sığortaçısı – Fransanın “AXA” şirkətini seçib. “AXA MBASK” sığorta şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, suveren borclar böhranının və sərmayədarların əhval-ruhiyyəsinin sürətlə dəyişməsinin fonunda, “AXA” öz rəqiblərindən xeyli yüksəkdə yer tutub.
Ən iri aktivləri olan sığortaçılara, öz hesabatında 2009-cu ilin sonu üçün önun 1,1 trilyon ABŞ dolları dəyərində aktivlərinin mövcud olduğunu göstərmiş “Japan Post Insurance” şirkəti müvafiq reytinqdə birinci olub. Dünyanın ən iri 25 sığortaçısının iki reytinqi, biri aktivlərin həcminə görə, digəri isə qəbul olunmuş xalis mükafatların həcminə görə, “AM Best” qgentliyinin “Bestlink” sistemindən alınmış məlumata, əlavə tədqiqatlar aparılmaqla, əsaslanıb. Siyahı 2009-cu il üçün olan maliyyə yekunlarına əsaslanıb, çünki, bütün dünya üzrə sığortaçıların hesabatlılığa olan tələbləri müxtəlifdir və müxtəlif hesabat dövrləri mövcuddur. Bundan əlavə, əldə edilmiş nəticələrdə valyutaların və hesabatlılığın müxtəlifliyinə düzəliş edilib.
Xatırladaq ki, bu yaxınlardan etibarən dünyanın ən iri sığortaçısı Azərbaycanda da təmsil edilib. Ötən ilin oktyabr ayında “AXA” şirkəti özünün ispaniyalı törəmə şirkəti olan “AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros”un vasitəsi ilə Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “MBASK”ın səhmlərinin nəzarət paketini əldə edib. Bu gün dünyanın ən iri sığorta şirkəti Azərbaycanda öz fəaliyyətini həyata keçirir.
Qeyd edək ki, “A.M.Best” reytinqinin tarixi 100 ildən artıqdır. Agentlik 1899-cu ildə yaradılıb. Hazırda onun ofisləri ABŞ-da, Böyük Britaniyada və Honkonqda yerləşir. Müstəqil “Best” reytinqi sığorta və təkrar sığorta şirkətlərinə verilir. Təhlil şirkətin balans dayanıqlılığının, operativ işinin və onun biznes-profilinin kəmiyyət və keyfiyyət baxımından tam qiymətləndirilməsinə əsaslanır.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma