2011-ci ilin ən yaxşı avtomobil adına layiq ola bilən avtomobillərin adı açıqlandı

«World Car of The Year»yarışmasının 2011-ci ildə 4 nominasiyada iştirak edən avtomobillərin adı açıqlandı.

Müsabiqə çərçivəsində “İlin ümumdünya avtomobili”, «İlin ümumdünya idman avtomobili», «İlin ümumdünya ekologiya avtomobili» və «İlin dizaynı» nominasiyaları üzrə qaliblər müəyyənləşəcək.

Müsabiqənin əsas nominasiyası üzrə «İlin ümumdünya avtomobili» aparılacaq mübarizəyə «Audi A1», «Audi A8», «BMW 5 Series», «BMW X3», «Jaguar XJ», «Jeep Grand Cherokee», «Mercedes-Benz SLS», «Nissan LEAF», «Porsche Cayenne», «Volvo S60» və «Volvo V60» modellərini layiq görüb.

«İlin ümumdünya idman avtomobili» nominasiyası üzrə «Aston Martin Rapide», «Audi RS 5 Coupe», «Cadillac CTS-V Coupe», «Ferrari 458 Italia», «Lamborghini Gallardo SUPERLEGGERA», «Mercedes-Benz S63», «Mercedes-Benz CL 63 AMG», «Mercedes-Benz SLS AMG», «Porsche 911 GT2RS», «Porsche 911 Turbo», «Renault Megane III» və «Renault Sport» modelləri mübarizə aparacaq.

«İlin ümumdünya ekologiya avtomobili» nominasiyasında qalib «BMW 320d Efficient Dynamics Edition», «Chevrolet Volt», «Hyundai Sonata Hybrid», «Mercedes-Benz B-Class F-Cell», «Nissan LEAF» və «Smart electric drive» avtomobil modelləri arasında müəyyənləşəcək.

Sonuncu nominasiyanın qalibi isə «Alfa Romeo Giulietta», «Aston Martin Rapide», «Audi A7», «Citroen DS3», «Ferrari 458», «Honda CR-Z», «Kia Sportage» və «Nissan Juke» modelləri arasından seçiləcək.

Hər nominasiya üzrə 3 finalçı mart ayında Cenevrədə (İsveçrə) keçiriləcək beynəlxalq avtomobil sərgisində məlum olacaq. «World Car of the Year» müsabiqəsinin qalibi aprelin 21-də Nyu-Yorkda (ABŞ) keçiriləcək avtosalonda elan olunacaq.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma