Yol hərəkəti haqqında” qanuna icbari sığorta ilə bağlı əlavə ediləcək

APA-nın məlumatına görə, komitə sədri Əli Hüseynli gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, müzakirəyə çıxarılan qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə başçısı tərəfindən təqdim edilib.
Sonra parlament aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bir sıra qanunlara ediləcək əlavə və dəyişikliklər barədə məlumat verib.

O bildirib ki, “Gömrük tarifi haqqında” qanuna sərhəddən keçən malların mənşə ölkəsini təsdiq edən sertifikatın, “Yeyinti məhsulları haqqında” qanuna isə gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumlarının ödənilməsi ilə bağlı əlavələr nəzərdə tutulur.

“Notariat haqqında” qanunda təsbit olunmuş notariat kontorlarının və notariat arxivinin saxlanılması üçün ödəniləcək məbləğin dövlət rüsumu kimi göstərilməsi təklif edilir.

İştirakçılar təklif olunan əlavələr barədə fikirlərini bildiriblər.

İclasda “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər və əlavələrin mahiyyəti barədə də açıqlama verilib. Qeyd edilib ki, sənəddə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz istifadəsi ilə bağlı ödəniləcək cərimələr və cəza tədbirləri müəyyən edilir.

Sonra “Yol hərəkəti haqqında” qanuna icbari sığortanın təmin edilməsi ilə bağlı nəzərdə tutulan əlavələr barədə məlumat verilib.

Komitə üzvləri ölkədə korrupsiya və rüşvətxorluqla mübarizə istiqamətində əhəmiyyətli addımlar atıldığını bildiriblər. Onlar müzakirəyə çıxarılan məsələlərin vacibliyini və göstərilən sahələrdə baş verə biləcək neqativ halların qarşısının alınması üçün faydalı olacağını vurğulayıblar.

Qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirəyə təqdim edilməsi qərara alınıb.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma