Azərbaycan İpoteka Fondu bəzi sığorta xidmətləri üzrə müsabiqə elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondu (AİF) bəzi sığorta xidmətlərinin alınması üzrə müsabiqə elan edib. Bu barədə bazar ertəsi AİF-in rəsmi mətbuatda dərc olunan məlumatında deyilir.
Məlumata görə,  Azərbaycan İpoteka Fondu müsabiqə çərçivəsində fondun balansında olan avtomobil vasitələrinin sığortası, əməkdaşların könüllü tibbi sığortası, fondun inzibati binasının və bütün əmlakının sığortası üçün sığorta şirkətinin seçilməsini planlaşdırır.
Hər bir müsabiqə üzrə iştirakın dəyəri 50 manat təşkil edir. Sığorta şirkətlərindən ərizələr aprelin 4-dək qəbul olunacaq. Sığorta şirkətlərinin təkliflərinin qiymətləndirilməsi 5 aprel saat 15:00-da AİF-in inzibati binasında keçiriləcək.
Azərbaycan İpoteka Fondu   2005-ci ilin dekabr ayında yaradılıb. Cari ilin yanvar-fevral aylarında AİF xətti ilə 8,8 milyon manat məbləğində ipoteka krediti verilib. Bu gün 22 bank AİF-in müvəkkil bankıdır.
Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma