Mənzil sığortası

Bugün  sizlərə  hər  birimizi  maraqlandıran  bir  sığorta  növündən  bəhs  etmək  istərdim. Mövzumuz  Mənzil  sığortası  haqqındadı…….

Mənzil  sığortası  şübhəsizki, həyatımızda   təminat  altına  ala  biləcəyimiz   ailəmizi  və  evimizi  qoruma  altına alan  əhəmiyyətli  bir  sığorta  növüdür..

Mənzil  sığortası   evimizi  yanğından , oğurluqdan  ,  terrordan , qəzalardan  , uçqunlardan  qorumağı  özünə  məqsəd   bilən  bir sığortadı. Təbiiki, sabah  başımıza  nə gələcəyini  qətiyyən  heç  birimiz  bilə  bilmərik.Kiçik  bir  laqeyd  yanaşma  belə  bizi  və ailəmizi   istənilməyən  vəziyyətlərə   gətirb  çıxara , gözlənilməz  qəzalara  səbəb  ola bilər.

Bunlarla  yanaşı  mənzil   sığortası   bizi  daxili  inamla  təmin  edir.Evimizin  bir  təminat  altında  olduğunu  bilmək  bizi  hər baxımdan  rahatlaşdıra  bilər.Aylıq  cüzi  məbləğ  ödəyərək   evimizi  və  ailəmizi  təminat  altına  ala  biləcəyimiz  mənzil  sığortaları  illik  sığorta  polisi hazırlanaraq  həyata  keçirilir.

Bundan  başqa  bir  çox  sığorta  şirkəti  uzun müddətli   işlədikləri  müştərilərinə  uyğun    endirimlər  edirlərki  , bu da bizim üçün  daha  sərfəli  olacaqdır.Mənzil  sığortasının  əhatəsinə  gələcək  olsaq : mənzil  sığortası  evimizin fiziki  quruluşundan  başlayaraq  içindəki  əşyalara  qədər  bütün  hər  şeyi  əhatə edir . Mənzil  sığortası   ilə  təminat  altına  alınan  risklər  bunlardır :

  • Yanğın, ildırım, partlayış (təbii  qaz   daxil  olmaqla)  zamanı
  • Sel  və  su  basqınları  zamanı
  • Daxili  su  məsrəfləri
  • Fırtına  zərərəri
  • Xalq  hərəkatları , pis  niyyətli  hərəkatlar   və terror
  • Qar  ağırlığndan  qaynaqlanan  zərərlər
  • Oğurluq  hallarında
  • Dağıntı   hallarından  yaranan  xərclər
  • Yer  sürüşməsi  zamanı
  • İcarə  itkisi
  • İzolyasiya  ziyanları
  • Şəxsi   əşyalara  dəyən  zərərlər
  • Elektron  cihazlar
  • Elektron  maşınların   qırılması
  • Fərdi  qəza
  • Şüşə  qırılması
  • Yanacaq    sızması
  • Dolu  yağması  ilə  dəyən  zərər
  • Mənzil asistance xidmətləri
  • Zəlzələ  və vulkan püskürmələri  zamanı

Bir    sözlə  mənzil  sığortası  bir  baxımdan  da   həyat  sığortası  dəməkdir. Sevdiklərimizin   və  özümüzün   dinc  , xoşbəxt   bir  gələcəyi  təminat   altına   almaq  istədiyimizdə  mütləq  müraciət   etməyimiz   lazım   olan  tək ünvan  bir  sığorta  şirkətidir..

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma