Avtomobil sığortası

Avtomobil almağı planlaşdırarkən biz ona sahib olaraq istismar edilməsilə əlaqədar olan riskləri minimuma endirmək barədə düşünürük, çünki avtomobil yüksək təhlükəli vasitə olmaqla bərabər, bahalı əmlakdır. Dünya praktikası sübut edir ki, avtomobillərin sığortası maddi və mənəvi ziyanın azaldılmasının ən optimal həllidir. Odurki,  minlərlə  pul  verib ,nəğd alacağınız avtomobilinizi  seçərkən  göstərdiyiniz  əhəmmiyyəti  kasko  sığortası  etdirəcəyiniz  sığorta  şirkətini   seçərkən də  göstərin. Avtomobilinizi  Kasko  etdirərkən  əsasən   əvvəlcə  qiymətə  deyil , ziyanı  ən  tez  və  əksiksiz  ödəyən  firmaları  seçin.

Автоkasko   polisinin   qiyməti   avtomobilinizin   markasından, buraxılış   ilindən , sizin   sürücülük   stajınızdan   və  avtomobilinizi   sürəcək   bütün   şəxslərin    yaşından, avtomobilə  quraşdırdığınız   oğurlanmağa  qarşı  siqnalizasiya sistemindən  asılıdır. Bir  qayda  olaraq,  bütün  sığorta  şirkətləri   avtomobildə,  heç olmasa,  ən   sadə elektron siqnalizasiyanın   olmasını   tələb  edirlər , amma  oğurlanma ehtimalı   daha   böyük  olan  nüfuzlu   modellərdə   daha   sanballı   siqnalizasiyanın   olması   tələb  edilir.

Burada  avtomobilin   buraxıldığı  il   də böyük  rol oynayır. Həmin  il  nə  qədər  çoxdursa, sığortalamanın  dəyəri  bir o qədər  böyük  olur.

Sığorta   müqaviləsində   ziyanın   sığorta   kompaniyası tərəfindən   ödənilməyəcək   hissəsinin   məbləğini   nəzərdə tutan   franşiz   (bu terminə “françayz” da deyirlər)   müəyyən   edilə bilər.   Bir  qayda  olaraq, bu,  100 dollarla   500 dollar arasında   olan   konkret   məbləğdir.   Əgər   yol- nəqliyyat   hadisəsi  zamanı   avtomobilinizə  dəyən    ziyanın   həcmi    həmin  məbləğin    hüdudlarından    kənara    çıxmırsa , onda   avtomobilinizi    təmir   etdirmək   sizin   öz   öhdənizə  düşəcəkdir. Amma   avtomobilə   dəyən   ziyanın   həcmi   böyük   olsa   belə  , sığorta   kompaniyası   ziyanın   məbləğinin  hamısını    ödəməyəcək ,  franşizin   məbləğini  ziyanın   ümumi  məbləğindən   çıxacaq . Franşizdən   istifadə   sayəsində   sizin qənaət   etdiyiniz   vəsait   sığorta   dəyərinin   7%-indən   30%-inə   qədər   məbləğ   təşkil   edir,   amma   franşizdən   istifadə   edərkən     unutmayın   ki,  bu  zaman  ziyana   görə   müəyyən   məbləği   özünüz   ödəməli  olacaqsınız.
Bunların yanında əlavə müqavilə ilə kaskonun təminat əhatəsinə əlavə  edilə  biləcək   zərərlər də mövcuddur. Bu təminatlardan bəziləri, sel və su basqınları,.yanğın və partlayış, atılmış və ya düşmüş əşyalardan dəyən itki, heyvanların vurduğu zərər və zəlzələ  kimi  hallarda   ola  bilər.

Advertisements

Avtomobil sığortası” üçün bir cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma