Sığortanın Əhəmiyyəti….

Bugünə  qədər  müxtəlif  mövzularda   sığortanın   həyatımız  üçün   nə  qədər  əhəmiyyətli  olması  məsələsinə   dəfələrlə  toxunmuşuq…. Amma  bugun  tam  fərli  tərzdə  Sığortanın   vacibliyini  bir  neçə  fazalara   bölməklə  nəzərinizə  çatdırıram….

1…..     İlk  öncə  Sığorta sığortalıları, xüsusilə də iş adamlarını

zərər çəkdikləri halda xərcləri necə qarşılayacaqları

ilə bağlı narahatlıqlardan azad

edir. Bu iş hər hansı fəaliyyət üçün müsbət

stimuldur

2….İş adamları əmin olsalar ki, hər hansı bir

maliyyə riski ilə üzləşsələr heç də hər şeyi

itirməyəcəklər, fabriklər tikməyə, məhsul

istehsal etməyə, gəmiçiliyə, aviasiya biznesinə

və s. investisiya yönəltmək riskinə

daha çox meyl göstərəcəklər. Bu sığortanın

ən böyük üstünlüklərindən biridir. O yalnız

hər hansı bir şəxsə deyil, bütün ölkəyə fayda

verir, çünki biznesin stimullaşdırılması

sağlam iqtisadiyyat formalaşdırır. Bu isə

Azərbaycan kimi inkişaf etməkdə olan ölkə

üçün həyati əhəmiyyətə malikdir

3.. ...Sığorta həm də itkiləri azaltmağa kömək

edir. Sığorta şirkətlərinin hər növ risklərlə

işləməsinin arxasında uzun illər ərzində

toplanmış iş təcrübəsi dayanır və onlar

artıq risklərin azaldılması üçün müəyyən

yollar tapmışlar. Bəzi hallarda sığorta

şirkətləri xüsusi ekspertlər (surveyer) təyin

edir. Həmin ekspertlər hər hansı bir şəxsin

sığorta etmək istədiyi yerə gedir və oranı

nəzərdən keçirir. Sonra təcrübəli ekspert

baş verə biləcək müəyyən risklərin azaldılması

üçün müəyyən üsullar təklif edir.

4…. Bir anlıq təsəvvür edək ki, sığorta

yoxdur. Təzminatı kim ödəyərdi? Başqa

sözlə, hal-hazırda sığorta bazarının təmin

etdiyi maliyyəni kim təmin edərdi? Paytaxtımızda

və digər şəhərlərimizdə avtomobil

idarə edənlərin sayı günü-gündən artır. Artıq

həyatımızın ayrılmaz hissəsi olan avtomobil

qəzalarının xərclərinin hamısını

özümüz ödəməli olsaq, hansı problemlərlə

üzləşərik? Sənaye və kommersiya fəaliyyəti

indiki kimi arxayınlıqla həyata keçirilməzdi.

Qalmaqda və artmaqda olan risklərin

öhdəsindən isə təkbaşına gəlməli olardıq.

Ən yaxşı halda bu xərclər hamısı  dövlət tərəfindən qarşılanmalı idi.

Dövlətin bu qədər böyük maliyyə yükünün azaldılması üçün isə halhazırda

ödədiyimizdən dəfələrlə çox vergi ödəməli olardıq. Sığorta

dövləti bu ağır yükdən azad etməkle mühüm ictimai xidmət göstərir

Advertisements

Sığortanın Əhəmiyyəti….” üçün 3 cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma