Su nəqliyyatı vasitələrinin sığortası…

Bildiyimiz  kimi  Respublikamızda  da  digər  dünya  ölkələrində  olduğu  kimi  Su  nəqliyyat  vasitələri  özünə  məxsus  mühim  mövqeyə  malikdir.

Su nəqliyyatı demək  olarki   , ən ucuz nəqliyyat növlərindən  sayılır və  Respublikamızın  iqtisadiyyatının  genişlənməsinə də  bilavastə  təsir  göstərir..

Müxtəlif yük və sərnişin gəmiləri, o cümlədən gəmilər, yaxta və katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran – gəmi), dəniz motosikletləri “dəniz, göl və çaylarda hərəkət edə bilən gəmi və ya digər su nəqliyyat vasitələri” hesab edilirlər. Mən  isə  sizə  Su  Nəqliyyatı  vasitələrin  sığortası  haqqında  danışmaq  istərdim.

Su nəqliyyatı vasitələrinin sığorta müqaviləsi bağlanarkən sığorta etdirən ona məlum olan və riskin dərəcəsini müəyyənlərdirilməkdə mühüm əhəmiyyəti olan halları, habelə  sığortaçının sorğu verdiyi məlumatları sığortaçıya bildirməlidir .

Gəmilərin  , yüklərin  sığortası.  Aşağıdakı  prinsiplərə  əsaslanır…

  1. Əmlak  marağının olması
  2. Tərəflərin  etimadının  yüksək  səviyyədə  olması (müştəri , sığortanın  rəqabət  qabiliyyətini  təyin etməyə  şərait  yaradan sığorta olunmuş  obyektlər  haqqında informasiyanı  sığortaçıya  beyan  etməlidir.)
  3. Zərər  və  onu  əmələ  gətirən  hadisələrdə  səbəb  nəticə  əlaqələrinin  çox olması  ( yalnız  sığorta  hadisəsinin  zərər  və faktının  səbəbini  müəyyən  etdikdən  sonra  sığorta  ödənişi  almaq olar)
  4. Ödənişin real zərərin  ölçüsünə  uyğun olaraq həyata keçirilməsi həddində  olan məbləğə  uyğun olaraq  həyata keçirilir.
  5. Subroqasiya  – sığorta ödənişini  həyata  keçirən sığortaçıya  tələb hüququnun  verilməsi

Gəmilərin  kasko  sığortası  gəmilərin  istismar  edilməsində iştirak edən  gəmi sahiblərinin  və digər   şəxslərin  sığorta   müdafiəsini  təmin  edən  dəniz  sığortasının əsas  növüdür.

Sığortaya  aşağıdakılar  qəbul  olunur ;

Gövdə , maşın, avadanləq , fraxt (yükün  dəniz  ilə  nəql  edilməsinə görə  ödəniş), təchizat   xərcləri  və  gəmilərin  istismarı  ilə əlaqədar  olan digər  xərclər eləcədə  tikilməkdə  olan  gəmilər..

Sığorta  məsuliyyətinin  həcmi  , gəmi  sahiblərinin  zərərlərinin  üç  qrupu  üzrə  müəyyən  edilir..

1)      Korpus  , maşın  və  ya  avadanlıqlarının  korpusunun  fiziki  şəkildə  məhv  olması, zədələnməsi və ya sınması

2)      Üçüncü  şəxslər  qarşısında  məsuliyyətin  yaranması

3)      Gəmi  sahiblərinin  zərərin  ölçüsünün  azaldılması  üzrə  xərclər…

Birinci  qrupa  aşağıdakılar  daxildir ;:

1)      dəniz  , çay, göl  və digər  növlər  üzrə  gəmiçilik  ilə  əlaqədar  olan  təhlükəli  hallar ( fırtına , gəminin  batması və ya  enməsi ,  müxtəlif  gəmilərin  , sualti gəmilərin  və ya hərəkətsiz  obyektlərin  toqquşması  və. S)

2)      Yanğın  , partlayış

3)      “Sığorta  etdirən  şəxs  “ qrupuna  aid  olmayan  şəxslər  tərəfindən  oğurluq  halları

4)      əmlakın  bortdan  kənara  atılması

5)      Quldurluq.

6)      Atom  reaktorunda  və  ya  onun  qurğusunda  baş  verəm  sınmalar  və  ya  qəzalar

7)      Təyyarələr   , onlara  oxşar  olan  uçuş  aparatları  və  bu aparatlardan  düşən  əşyalar ilə və eləcədə  yerüstü  nəqliyyat  vasitələri , port  avadanlıqları və  onların  qurğuları  ilə  toqquşmalar.

8)      Zəlzələ  , vulkan  püskürmələri  və  ildırım  zərbələri

İkinci  qrupa :

1)      Hər  hansı  bir  gəmiyə  və ya  digər  gəmidə  yerləşən  əmlaka  dəyən  zərər

2)      Digər  gəmidən   və  onun  daxilində  yerləşən əmlakdan  istifadənin  qeyri –mümkün  olması və ya  onların saxlanılması

3)      Ümumi  qəza , xilasetmə  işlərinin  həyata   keşirilməsi , digər  gəmi  və ya əmlakın  xilas  edilməsi

Üçüncü  qrupa  isə :

1) Gəmi  , yük  və  fraxt  arasında  onların  məbləğinə  proporsional   təhlükənin  aradan  qaldırılması   ilə  əlaqədar  olan  xərclər..

2) Bortunda  yük  olan  gəminin  xilas  edilməsinə  görə  xərclər

3  ) Zərərin aradan  qaldırılması  , onun  ölçüsünün  qiymətləndirilməsi  və  ya  azaldılması  üzrə  xərclər

Kasko  gəmilərinin  sığortası  zamanı  sığorta  mükafatının  stavkası , müqavilə  üzrə  olan  sığorta  məbləğinin  faizləri  ilə  ifadə  olunsada , gəminin  ölçüsü və  yaşından  asılı  olur.. Sığorta  mükafatının  stavka  ölçüsü  adətən  franşizanın  ölçüsünə  proporsionaldir  və  onun  səviyyəsi  müxtəlif  ölkələrdə  müxtəlif  olaraq  gəminin  qiyməti  və  növündən asılıdır.

Məsəslən  Rusiyada françizanın  qiyməti  5000 dollara, ABŞ da  hər  bir sığorta  hadisəsinə  uyğun , ingilis  bazarında  isə  onun  orta  dəyəri  50000 ABŞ dollarına  bərabərdir.

Bu  arada  Gəmilərdən  söz  düşmüşkən  sizə  Dünyanın Ən Böyük Sərnişin gəmisi Queen Mary2  haqda  melumatı  çatdırım.
“Queen Mary 2″in uzunluğunu üç futbol sahəsinə bərabər. Uzunluğu isə tam 345 Metrdir.Gəmidə çox gözəl bir idman klubu var amma istifadə etmənizə ehtiyac yoxdur,çünki Queen Mary 2in göyərtəsində bir dövr atdığınızda 620 metr yol qət etmiş olursunuz.
Gəminin mühərrikləri 1570 avtomobilin mühərrikinə, generatorları isə 200.000 nəfərlik bir şəhərin elektrik ehtiyacını ödəyə biləcək qədərdir . Maksimum sürəti saatda 55 kmdir. Gəmi 5 milyon dollar dəyərində sənət əsərləriylə bəzədilib. İki mərtəbəli restoranı 1350 nəfərlikdir. Yerlərdə 250.000 kvadrat metr xalçadan istifadə edilib. 1310 kabin və 1420 personal var. Yolçu tutumu isə 2620 nəfərdir.Gəmi təxminən 1 Milyard Dollara ərsəyə gəlib. Bu transatlantik dənizlərdəki ilk Canyon Ranch Klubuna, günəş sistemini canlandıran kosmos qübbəsinə, ən böyük karnaval salonuna, ən böyük kitabxanaya, iki mərtəbəli teatr salonuna, beş ədəd bağlı və açıq üzmə hovuzuna, jakuziyə,butiklərə və geniş uşaq bağçalarına sahib ilk gəmidir.

Advertisements

Su nəqliyyatı vasitələrinin sığortası…” üçün 5 cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma