Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39 milyon manatı ötüb

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb.

Gün.Az-ın Əmanətlərin Sığortalanması Fonduna istinadən verdiyi xəbərə görə, təqvim haqları 1 308 min AZN, 1 453 min ABŞ dolları, 193 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür.

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39,3  mln. AZN təşkil edir. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 3 539 mln. AZN, qorunmayan əmanətlər 1 414 mln. AZN, qorunan əmanətlər isə 2 125 mln. AZN təşkil edir. Qorunan əmanətçilərin sayı 5 mln. 542 min 397 nəfərdir.

01 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Qeyd edək ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.  

http://www.gun.az/economy/19124

Advertisements

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39 milyon manatı ötüb” üçün bir cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma