Beynəlxalq Sığorta Şirkəti Rusiyanın «Voennaya Straxovaya Kompaniya»sı ilə əməkdaşlığa başlayır

Rusiyanın «Voennaya Straxovaya Kompaniya» şirkətinin baş direktorunun müavini, könüllü tibbi sığorta mərkəzinin rəhbəri Andrey Abramov Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) dəvəti ilə Bakıda səfərdədir.

Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ekspert BSŞ-nin xidmətlərinin təkmilləşdirilməsi məqsədi ilə şirkətin İddialar Departamentinin işi ilə tanış olaraq, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və biznes proseslərinin optimallaşdırılması istiqamətində tövsiyələr verəcək.

BSŞ-nin İdarə Heyətinin sədri Məmmədsadıx Məmmədovun sözlərinə görə, sığorta bazarında mövcud rəqabət şəraitində yüksək keyfiyyətli xidmət şirkətin müsbət nüfuzunun formalaşmasının əsas şərtlərindən biridir: «Bu səbəbdən də BSŞ qeyd olunan məsələyə xüsusi diqqət yetirməyə çalışırıq və rusiyalı ekspertin cəlb edilməsi keyfiyyətin inkişafı yolunda növbəti addımdır».

Xatırladaq ki, Rusiya üzrə 840-dan çox filial və şöbəcb olan «Voennaya Straxovaya Kompaniya» ən böyük ümumrusiya universal sığorta şirkəti olmaqla, RF-nin lider sığorta şirkətlərinin ilk beşliyinə daxildir. Şirkət hazırda 130 mindən çox müəssisəyə və 4,5 milyon vətəndaşa 100-dən çox sığorta növü üzrə xidmət göstərir.

Təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildə fəaliyyətə başlayıb. Şirkət müştərilərinə 5 icbari və 32 könüllü sığorta növləri üzrə xidmət göstərir

Advertisements

Beynəlxalq Sığorta Şirkəti Rusiyanın «Voennaya Straxovaya Kompaniya»sı ilə əməkdaşlığa başlayır” üçün bir cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma