Yanğından icbari sığorta .

Son  zamanlar   ölkəmizdə  yanğın  hadisələri  demək  olar  ki , çox  sıx  hallarda  baş  verir. Təbiiki,  bu   bizim   üçün   çox  üzücü   bir  haldır. Mən  düşünürəmki ,  bir   çox  sığorta  növlərinə   qarşı   olan   laqeyidlik  mənzillərin  yanğından  icbari və  könüllü   sığorta   növlərindədə   öz   əksini   tapmışdır .

Demək    olarki ,  biz    hər  gün  televiziya  kanallarında  ,qezet    və  jurnallarda ,   bir  çox   saytlarda     qısaqapanma   nəticəsində    baş  vermiş  yanğın  hadisələrinin   şahidi   oluruq.  Təsəvvür  etmək  o qədərdə  çətin  deyildirki  bu  halda  əmlak  sahibi  həm  maddi , həm  də  mənəvi    cəhətdən   ziyana  uğrayır.
Təbiiki ,  sığorta   diqqətsizliyimiz   nəticəsində   baş  verəcək  hadisələrin  qarşısını   ala  bilməz, nə  də  ki, mənəvi  cəhətdən  bizə  dəymiş  olan  yaralarımızı   sara   bilməz. Lakin   bu  bədbəxt  hadisə  nəticəsində  dəymiş  olan    zərəri   heç  olamasa   maddi  cəhətdən  təmin  edəcəkdir.  Ona   görə    sizlərə  bu  sığorta  növü haqqında  qısa  məlumat  vermək  istədim.
Bu   növ   sığortanın    əsas    məqsədi   yanğın    nəticəsində    əhalinin    əmlakına   və sağlamlığına   vurulan    zərərin   əvəzini    vaxtında    ödəməklə    onların   əmlak    mənafelərinin   qorunması   və   sosial    müdafiəsinə    əlavə   təminat   verilməsindən    ibarətdir. 

Qanun   sahibkarlıq   fəaliyyəti   ilə   məşğul   olan   hüquqi   və   fiziki    şəxslərin əmlakının    və   üçüncü    şəxslər    qarşısında   mülki   məsuliyyətinin   yanğından    icbari qaydada   sığortalanmasını   tələb   edir. İllik   sığorta    haqqı    obyektin    qiymətindən    asılı   olaraq,   aşağıdakı   cədvəldə   göstərildiyi    kimi      müəyyən    olunur:

Obyektin qiyməti                                          İllik sığorta haqqının əmsalı
  200 000 AZN                                                                        0.3%
200 000 – 1 000 000 AZN                                               0.25%
1 000 000 AZN                                                                    0.2%

Yanğından   icbari   sığorta   haqqında   qanunun   icrasına   Fövqəladə   Hallar   Nazirliyi nəzarət  edir  və  onun  icra   olunmadığı   təqdirdə   fiziki   şəxsləri   10 manat,  vəzifəli   şəxsləri 60-80 manat,   hüquqi   şəxsləri   isə 150-200   manat   həcmində   cərimə   edir.

Sığortanın   obyekti   aşağıdakılardır:
– sığorta   müqaviləsi   ilə   nəzərdə   tutulmuş   ərazidə   sığorta   olunanın   mülkiyyətində   və   ya   istifadəsində   olan   binalar  , o cümlədən    insanların   kütləvi   halda    toplanması    üçün   binalar,  anbarlar , qurğular,  ötürücü qurğular ,  maşın və avadanlıq , mebel  , hazır   məhsul,   xammal   və   materiallar;
– yanğın nəticəsində   üçüncü şəxslərin əmlakına və sağlamlığına zərərin vurulmasına görə sığorta olunanın mülki məsuliyyəti.

Sığorta   hadisəsi    zamanı   üçüncü   şəxslərin   əmlakına   və   sağlamlığına   vurulan    və   sığortaçı   tərəfindən   əvəzi   ödənilən zərərə   aşağıdakılar   aiddir:
– ölüm  və ya   bədən    xəsarəti;
– əmlakın    zədələnməsi    və    ya   məhv   olması;
– zərərin    ödənilməsi   barədə   işlər   üzrə    məhkəmə    xərcləri.

Bu  isə  Yanğından    icbari   sığorta haqqında  Azərbaycan  Respublikasının  qanunudur.  Daha  ətraflı  məlumat  əldə  etmək  üçün yükləyib  oxumanızı  xahiş  edirəm   )

Yanğından icbari sığorta haqqında

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma