Maraqlı xəbər .

Bir sığorta şəhadətnaməsi üzrə maksimal sığorta məbləği 55 min manatdır

Azərbaycanda icbari sığorta haqlarının tarifləri açıqlanıb. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, “İcbari sığortalılar haqqında” yeni qanunda avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası sahəsində bir sıra mühüm dəyişikliklər var. Yeni qanuna görə, sığorta məbləğləri həyat və sağlamlığa dəyən zərərə görə 50 min manat, əmlaka dəyən zərərə görə isə 5 min manatdır. Beləliklə, bir sığorta şahadətnaməsi üzrə maksimal sığorta məbləği 55 min manata başa gəlir. Qanun sığorta ödənişlərinin verilməsini maksimum sadələşdirməyə, bu sahədə sığortalıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının gücləndirilməsinə yönəlib. Qanuna görə sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər halda zərərin əvəzini alacaqlar. Lakin bəzi hallarda-təqsirkar sürücü sərxoş olduqda, hadisə yerini tərk etdikdə, qəsdən hadisəni törətdikdə, onun avtomobili idarə etmək hüququ olmadıqda sığortaçı zərərçəkənlərə sığorta ödənişi verdikdən sonra ödədiyi məbləğləri təqsirkar sürücüdən tələb etmək hüququna malikdir.
http://az.itv.az/iqtisadiyyat/25724.html  yazi  götürülmüşdür .
Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma