Zəlzələnin İtaliyaya vurduğu zərərlər …

İtalyanın  Emilia  Bölgesinde  meydana  gelen  5,8 həcmindəki  zəlzələnin  izleri gün geçtikçe  daha da   dərinleşir. Zəlzələ baş   verən  bölgədə yer alan  bəzı  fabrik  və  müəsiələr ciddi  şəkildə  zərər görməsilə  yanaşı, məşhur  automobil markası Ferrari  ve  motosiklet   istehsalçısı  Ducati de  malların  istehsalına  ara vermek məcburiyyətində  qaldı.

Zəlzələdən 12 saat sonra Sky TG24 kanalının etdiyi şərhdə, Cavezzoda bir binanın  altından  65 yaşındakı bir qadının sağ çıxarıldığı, sonra da xəstəxanaya qaldırıldığı ifadə olundu. Zəlzələnin keçən 20 Mayda 7 adamın ölümünə səbəb olan zəlzələ ilə eyni bölgədə və eyni böyüklükdə olduğu qeyd edildi. Sky TG24 kanalının xəbərinə görə, San Felice Sul Panaro şəhərində  Mayın  20-sindəki   zəlzələdə  ziyan görən bir qüllən tamamilə dağıdılıb. Rainews 24 kanalı da, Modena’ya bağlı Mirandola diyarında olan 570 illik katedral və Finale Emiliada da tarixi bir qalanın bir hissəsinin dağıldığını bildirib. Modena və Padovada başda olmaq üzrə bölgədəki bəzi xəstəxanalar, məktəblər və fabriklər boşaldılıb.

Zəlzələnin xərcləri 4 MİLYARD AVRONDAN  artıqdır .

Zəlzələlərin iqtisadi fakturası da göz qorxuducu olmağa başladı. Zəlzələdən ən çox zərər görən sahələrin başında əkinçilik gəlir. Kənd Təsərrüfatı Kooperatifi Coldiretti’nin şərhlərinə görə, sektorun cəmi zərəri 700 milyon avronu aşır. Dünya tərəfindən məşhur parmesan pendirinin paytaxtı qəbul edilən bölgədə, zəlzələnin ən böyük vurgunlarından birini parmesan istehsalçısı yaşadı. Parmesan pendiri istehsalçılarının itkisi 220 milyon avronu taparkən, balsamik istehsalçılarının itkisi 15 milyon avro olaraq ifadə edilir. Ölkənin sənaye birliyi Confindustria’nın prezidenti Giorgio Squinzi, “Bu bölgə İtalyanın cəmi milli gəlirinin yüzdə birindən bir az çoxunu çıxarır. Bu səbəblə bu ilki böyümə sürətinin bir qismi təhlükə altında “deyərək şərh  etmişdir .  Birliyin hesablamalarına görə zəlzələnin iqtisadiyyata  vurduğu  zərər  4 milyard avrodan çox olmuşdur.

 

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma